Bakı-2015 I Avropa Oyunlarının VIII günündə 11 dəst medalın sahibi müəyyənləşib. Bu gün hesabına 1 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 30-a çatıb.
İlk 8 gündən sonra Azərbaycan 13 qızıl, 5 gümüş, 12 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.
Bu siyahının lideri Rusiyadı. Bu gün 9 medal əldə edən şimal qonşularımız izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabında 49 mükafat olan rusiyalıların medallarından 27-si qızıl, 12-si gümüş, 10-u bürüncdü. Hesabında 7 qızıl, 2 gümüş və 5 bürünc olan Macarıstan millisi 14 medalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Bakı-2015-in ilk 8 günündə ümumilikdə 326 – 98 qızıl, 98 gümüş, 130 bürünc medalın sahibi müəyyənləşib. 37 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 21-i çempionluq sevinci yaşayıb.
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Rusiya | 27 | 12 | 10 | 49 |
2 | Azərbaycan | 13 | 5 | 12 | 30 |
3 | Macarıstan | 7 | 2 | 5 | 14 |
4 | Almaniya | 6 | 7 | 8 | 21 |
5 | Belarus | 6 | 4 | 12 | 22 |
6 | Serbiya | 5 | 4 | 0 | 9 |
7 | Türkiyə | 5 | 3 | 13 | 21 |
8 | Böyük Britaniya | 4 | 2 | 4 | 10 |
9 | Ukrayna | 3 | 6 | 11 | 20 |
10 | İspaniya | 3 | 6 | 5 | 14 |
11 | İtaliya | 3 | 6 | 2 | 11 |
12 | Fransa | 3 | 4 | 4 | 11 |
13 | İsveçrə | 3 | 4 | 1 | 8 |
14 | Hollandiya | 2 | 4 | 4 | 10 |
15 | Portuqaliya | 2 | 4 | 1 | 7 |
16 | Polşa | 1 | 4 | 5 | 10 |
17 | Xorvatiya | 1 | 2 | 5 | 8 |
18 | İsveç | 1 | 1 | 3 | 5 |
19 | Slovakiya | 1 | 1 | 2 | 4 |
20 | Belçika | 1 | 1 | 1 | 3 |
21 | Litva | 1 | 0 | 0 | 1 |
22 | Avstriya | 0 | 4 | 3 | 7 |
23 | Gürcüstan | 0 | 3 | 3 | 6 |
24 | İsrail | 0 | 2 | 1 | 3 |
25 | Bolqarıstan | 0 | 1 | 3 | 4 |
26-27 | Çexiya | 0 | 1 | 2 | 3 |
Moldova | 0 | 1 | 2 | 3 | |
28 | San Marino | 0 | 1 | 1 | 2 |
29-31 | Ermənistan | 0 | 1 | 0 | 1 |
Yunanıstan | 0 | 1 | 0 | 1 | |
Rumıniya | 0 | 1 | 0 | 1 | |
32 | Makedoniya | 0 | 0 | 2 | 2 |
33-37 | Danimarka | 0 | 0 | 1 | 1 |
Estoniya | 0 | 0 | 1 | 1 | |
Latviya | 0 | 0 | 1 | 1 | |
Monteneqro | 0 | 0 | 1 | 1 | |
Norveç | 0 | 0 | 1 | 1 |