“2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq”

0
420

“Cənubi Qaz Dəhlizi” layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün çox vacibdir”. Bu sözləri Aİ Şərq tərəfdaşlığı proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebel deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan – Aİ əməkdaşlığı üzrə 4-cü alt komitənin dekabrda keçirilən iclasında müzakirə olunacaq. Aİ rəsmisi TAP layihəsinin tikintisi ilə bağlı İtaliya daxilində narazılıqlara da toxunub: “Bu məsələni ilk növbədə TAP-la layihəyə aidiyyəti olan ölkələr aydınlaşdırmalıdır. Ən əsası isə İtaliya hökuməti ilə regional administrasiyalar razılığa gəlməlidir. Mən bu məsələdə nikbinəm. Ümid edirəm ki, 2020-ci ildə ilk Azərbaycan qazı Aİ-yə nəql olunacaq”.
APA