2019-cu ildə təyyarə qəzalarında neçə nəfər dünyasını dəyişib?

0
231

Ötən il təyyarə qəzalarında 257 nəfər ölüb
2019-cu ildə baş verən təyyarə qəzalarında 257 nəfər həlak olub.
Bu rəqəm To70 konsaltinq şirkətinin “2019 mülki aviasiyanın icmalı” illik hesabatında öz əksini tapıb.
Məlumata görə, 2019-cu ildə dünyada cəmisi 86 aviasiya qəzası baş verib, onların 8-i insan itkisi ilə nəticələnib.
Bu göstəricinin 2018-ci illə müqayisədə iki dəfə azaldığı da qeyd edilir.
2018-ci ildə təyyarələrlə bağlı ümumilikdə 157 hadisə baş verib, nəticədə 534 nəfər həyatını itirib.
Beləliklə, ekspertlərin qiymətləndirməsinə görə, 2019-cu ildə 5,5 milyon reysdən birinə ölümcül hava faciəsi düşür.(lent.az)