2018-ci ilin dövlət büdcəsi təsdiq edildi

466

Milli Məclis “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib. Büdcənin gəlirləri ilkin proqnozla müqayisədə dəyişdirilməyərək 20,127 mlrd. manat, xərcləri isə ilkin proqnozla müqayisədə 141,3 mln. artırılaraq 21, 047 mlrd. manat məbləğində təsdiq olunub.

Son nəticədə büdcə kəsri ilkin proqnozla müqayisədə 142 mln. manat artırılaraq 920 mln. manata çatdırılıb. Bu, ölkə üzrə ümumi daxili məhsulun 1,3%-i qədər olacaq. report