2 rayonumuzda eşşək yoxdur

486

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 34 min 68 baş eşşək mövcud olub. “Yeniavaz” Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, son bir il ərzində eşşəklərin sayı 1 748, son 2 il ərizdə 5 924, son 10 il ərzində isə 13 141 baş azalıb. Bəzi rayonlar istisna olmaqla əksər rayonlarda eşşəklərin sayında azalma baş verib.

Ən kəskin azalma İmişli rayonunda qeydə alınıb. Son 2 ildə İmişli rayonunda eşşəklərin sayı 8,5 dəfə azalaraq 323 başdan 38 başa düşüb.

Ən çox artım isə Zərdab rayonunda qeydə alınıb. Zərdabda eşşəklərin sayı son 2 ildə 8,8 dəfə artaraq 7 başdan 62 başa yüksəlib.

Azalma paytaxt Bakıda da müşahidə olunub. 2 il əvvəl Bakıda 22 eşşək olduğu halda, bu ilin əvvəlində onların sayı 13-ə düşüb.

Statistikadan belə görünür ki, Mingəçevir və Gəncə şəhəri istisna olmaqla bütün şəhər və rayonlarında eşşəklər mövcud olub. Rəsmi məlumata görə, Mingəçevirdə və Gəncədə 1 dənə də olsun eşşək yoxdur.

Ən çox eşşəyin olduğu rayon Yardımlı rayonu olub – 3021 baş.

Ən az eşşəyin olduğu rayon (şəhər) isə Şirvan şəhəri olub – 1 baş.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı:

ŞƏHƏR VƏ RAYONLAR EŞŞƏKLƏRİN SAYI
Bakı şəhəri 19
Xızı rayonu 111
Abşeron rayonu 41
Sumqayıt şəhəri 13
Gəncə şəhəri
Qazax rayonu 2505
Ağstafa rayonu 1819
Tovuz rayonu 2820
Şəmkir rayonu 1943
Gədəbəy rayonu 1084
Daşkəsən rayonu 274
Samux rayonu 1205
Göygöl rayonu 518
Goranboy rayonu 761
Naftalan şəhəri 4
Zaqatala rayonu 9
Qax rayonu 44
Şəki şəhəri 1382
Oğuz rayonu 403
Qəbələ rayonu 226
Astara rayonu 555
Lənkəran şəhəri 79
Lerik rayonu 2073
Yardımlı rayonu 3093
Masallı rayonu 95
Cəlilabad rayonu 1596
Qusar rayonu 196
Xaçmaz rayonu 688
Quba rayonu 1092
Şabran rayonu 384
Siyəzən rayonu 381
Göyçay rayonu 6
Beyləqan rayonu 313
Ağcabədi rayonu 254
Bərdə rayonu 154
Neftçala rayonu 129
Biləsuvar rayonu 3
Salyan rayonu 297
Yevlax şəhəri 38
Mingəçevir şəhəri
Ağdaş rayonu 195
Ucar rayonu 25
Zərdab rayonu 62
Kürdəmir rayonu 446
İmişli rayonu 24
Saatlı rayonu 11
Sabirabad rayonu 1324
Hacıqabul rayonu 283
Şirvan şəhəri 1
Cəbrayıl rayonu 14
Füzuli rayonu 236
Ağdam rayonu 365
Tərtər rayonu 178
Xocavənd rayonu 4
Laçın rayonu 151
Qobustan rayonu 252
İsmayıllı rayonu 384
Ağsu rayonu 562
Şamaxı rayonu 726
Naxçıvan şəhəri 84
Şərur rayonu 787
Babək rayonu 441
Ordubad rayonu 491
Culfa rayonu 260
Kəngərli rayonu 353
Şahbuz rayonu 1497
Sədərək rayonu 52