2 min 508 nəfər koronavirusa yoluxub

34

Ötən gün ölkəmizdə aparılan 14 min 672 test nəticəsində məlum olub ki, 2 min 508 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 455 min 44-ə yüksəlib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 37 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 6 min 31 nəfər təşkil edib.

Daha 4 min 76 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 401 min 300-ə yüksəldib.