Puerto Riko ABŞ-ın 51-ci ştatı olmasının lehinə səs verib

557

Puerto Rikoda keçirilmiş referendumda əhalinin əksəri adanın ABŞ-ın 51-ci ştatı olmasının lehinə səs verib. Məlumata görə, referendumda iştirak etmək hüququ olanların 23 faizi səs verib. Ümumxalq səsverməsində iştirak edənlərin 97,2 faizi Puerto Rikonun bərabərhüquqlu şərtlər əsasında ABŞ-ın 51-ci ştatı olmasının lehinə səs verib. Ölkə müxalifəti seçkiləri boykot etməyə çağırmışdı.

ABŞ-dan ayrılıb müstəqil olmaq istəyənlərin sayı 1,5 faiz, mövcud statusunun qorunmasının lehinə olanlar isə 1,3 faiz təşkil edib. Puerto Rikonun 38 yaşlı valisi Pedro Rosselyo Neves ölkənin ABŞ-ın 51-ci ştatı olaraq bütün dünyada tanınması üçün səy göstərəciyini bildirib. O, Puerto Rikonun “müstəmləkə statusu”ndan xilas olması üçün referendum keçirilməsinə çalışıb. 3,5 milyon əhalisi olan ada dövləti ağır iqtisadi böhranla üzləşib. 70 milyard dollar həcmində olan xarici borcunu ödəyə bilmədiyinə görə ölkə may ayında moratorium elan etmişdi.

Qeyd edək ki, Puerto Riko 1898-cu ildə hərbi müdaxilə nəticəsində ABŞ-dan asılı vəziyyətə salınmışdı, lakin 1952-ci ildən isə ABŞ-ın tərkibinə daxil olmadan onun idarəçiliyi altına keçib. Puerto rikolular ABŞ-a vizasız gedə bilirlər, ancaq oradakı president və Konqresə seçkilərdə səs verə bilməzlər