İkinci mərhələdə “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək

387

“Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq. Bəzi vətəndaşlarımız daha qisa zamanda qeydiyyatdan keçməyə çalışırlar. Qeyd edək ki, bu mərhələdə nə zaman qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir”.  Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, sosial evlərə elektron müraciətin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur: “Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da ikinci mərhələdə “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir. Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hammısının qeydiyyatdan keçməsinə ehtiyac var. Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif ediləsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar”.