Prezident Niyazinin Bakıda abidəsinin açılış mərasimində iştirak edib

394

Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov çıxış ediblər.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.

Dövlətimizin başçısı mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.

Sonda xatirə şəkli çəkdirilib.