“15 mindən yuxarı sərnişinin yola salınması nəzərdə tutulub”

0
390

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. O bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.

M.Abdullayevin sözlərinə görə, sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və sentyabrın 10-11-dək davam edəcək.

“Müəyyən olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassada həyata keçirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub. Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsilə 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində nəqliyyat vasitələrinin sayı 600-dən yuxarı olacaq və 15 mindən yuxarı sərnişinin yola salınması nəzərdə tutulub”, – deyə növbə rəisi vurğulayıb.

M.Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.