“15 il bundan qabaq kimdən soruşsaydılar ki…”

614

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində ilk dəfə bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları başa çatıb. İki gün davam etmiş yarışda – balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında 103 gimnast və 9 qrup komandası iştirak edib.

me4

Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil ediblər.Turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan gəlmiş idmançılar da çıxış ediblər. Ölkə birinciliyində fərdi çoxnövçülük üzrə yarışlarda 2008-ci il təvəllüdlü gimnastların mübarizəsində Nərminə Bayramova qızıl medal qazanıb. 2007-ci il təvəllüdlü gimnastlar arasında Fatimə Məmmədzadə fərqlənib. Təvəllüdü 2006-cı il olan atletlərin mübarizəsində Fidan Yusifzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
me2

Bölgələrarası kubok yarışlarında isə 2008-ci il təvəllüdlü gimnastlar arasında Aişə Rəcəbli çempion adını qazanıb. 2007-ci il təvəllüdlülər arasında Nənəbacı Şəfiyeva, 10 yaşlı gimnastlar arasında isə Leyli Ağazadə qızıl medala sahib olublar.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi və gimnastika idman növləri üzrə kurator Rafiq Rzayev bizimlə söhbətində bbildirdi ki, bu idman növü artıq bir ənənəyə çevrilib: “Bu gün Mingəçevirdə keçirilən bu idman növü çox yüksək səviyyərə təşkil olunub. Buna görə mən idman kompleksinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.  Mən onu da demək istərdim ki, 15 il bundan qabaq kimdən soruşsaydılar ki, “regionda belə bir gimnastika təşkil oluna bilərmi?” inanırsızmı heç kim cavab verə bilməzdi. Amma bu gün biz sübut etdik ki, olar”.

me3

 

Esmira Hidayətova