Braziliyada matəm günü elan edilib

425

Braziliyada noyabrın 30-u matəm günü elan edilib. Buna səbəb Kolumbiyanın Antiokiya əyalətində sərnişin təyyarəsinin qəzaya uğraması olub. Təyyarənin göyərtəsində 81 nəfər olub. Onlarında arasında Braziliyanın “Şapekoense” futbol klubunun oyunçuları da var idi. Son məlumata görə, göyərtədəki 75 nəfər həlak olub, 6 nəfər sağ qalıb.

Qeyd edek ki, Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) himayəsi altında keçirilən bütün beynəlxalq oyunlar, o cümlədən Cənubi Amerika Kubokunun final görüşləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, “Şapekoense” komandası Kolumbiyanın “Atletiko Nasional” klubu ilə Cənubi Amerika Kubokunun final oyununa yollanarkən təyyarə qəzasına düşüb. Son məlumata görə, qəza nəticəsində 76 nəfər həlak olub. Ümumilikdə faciədən 5 nəfər sağ qurtara bilib.
Braziliya prezidenti Mişel Temer təyyarə qəzası qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, həmçinin bildirib ki, dövlət həlak olanların ailəsinə hər cür dəstək göstərəcək.