Mingəçevirdə narkomanlığa qarşı mübarizə tədbirlərindən danışıblar

676

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəssinə və narkomanlığa qarşı mübarizəyə dair 2012-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şəhərdə narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması ilə bağlı konfrans təşkil olunub.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev, Respublika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvləri Raqif Allahverdiyev və Şahin İsmayılov, Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şahin Hüseynov çıxış edib. Natiqlər dövrümüzün ən böyük problemlərindən biri olan narkomanlığa qarşı mübarizə tədbirlərindən danışıblar. Bildirilib ki, bu tədbirin keçirilməsində əsas məqsəd bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləməkdir. Tədbirdə şəhərdə qeydiyyatda olan narkotik istifadəçiləri sırasında yeniyetmə və gənclərin olmadığı, buna baxmayaraq narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edildiyi barədə məlumatlar verilib.
Sonda narkomanlığa həsr edilən “Hədəf” filmi nümayiş olunub, tədbir iştirakçılarına məlumatlandırıcı proşürlər paylanılıb. Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib və onları maraqlandıran suallara cavab verilib.
gee

Tədbirdə Mingəçevir şəhər prokuroru Azad Qarayev, Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov da iştirak ediblər.
Esmira Hidayətova, Mingəçevir.