“Gözəllik kraliçası”nı təqdim olunacaq

0
286
OLYMPUS DIGITAL CAMERA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşasını nümayiş etdirəcək.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandıracaqlar.

Oktyabr ayının 1-dən 7-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Herseqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edəcək. Dövlət Gənc Tamaşaçılar Teatrının çıxışı oktyabr ayının 4-ə nəzərdə tutulub.

Festival çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış xarici ölkə teatr mütəxəssislərinin iştirakı ilə baş tutacaq ustad dərslərinə və treninqlərə də qatılacaq.

Festivalda iştirak edəcək qrupa teatrın direktoru, əməkdar artist Mübariz Həmidov rəhbərlik edəcək. Teatrın rəhbəri eyni zamanda Festival çərçivəsində Beynəlxalq ASSİTEJ-ə üzv olan iştirakçı ölkələrin ASSİTEJ rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə görüşəcək.