Türk kinosunun əfsanəvi aktyoru Tarık Akan vəfat edib. Aktyor bu gün səhər saatlarında İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
66 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Əsl adı Tahsin Tarık Üregil olan aktyor “Hababam sinifi”, “Səninlə son dəfə”, “Yol”, “Acı dünya”, “Bizim ailə” və s filmlərdə müxtəlif dərəcəli rollar yaradıb. T. Akan “Qızıl Portağal” Film Festivalında yeddi mükafat alan yeganə kişi aktyordur.