130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

407

Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbər görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqıları ortalama 40% artıb.

Qeyd olunub ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdirilərək onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılır. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.