Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir

0
424

Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisində tikintisi ilə bağlı işlərin 87 faizi başa çatıb. Bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan məlumat verib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir və Qars çayı üzərində iki dəmir yolu körpüsü tikilir. Həmin körpülərin tikintisi ilə bağlı işlər başa çatmaq üzrədir.

Nazir qeyd edib ki, hədəf bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır.