Arzu Soltanın “Birpərdəli uşaq pyesləri” təqdim olunub

0
493

Bakı Uşaq Teatrının ssenaristi Arzu Soltanın “Birpərdəli uşaq pyesləri” kitabı nəşr olunub. Bu, peşəkar jurnalist Arzu Soltanın işıq üzü görən ilk pyeslər kitabıdır. Əsasən uşaqların və gənclərin maarifləndirilməsi məqsədilə yazılan bu pyeslərin hər biri Bakı Uşaq Teatrında səhnələşdirilib.
Kitabın təqdimat mərasimində çıxış edən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, aktyor, rejissor, kitabın redaktoru İntiqam Soltan uşaqlar üçün yazılan pyeslərin qıt olduğu bir dövrdə belə bir kitabın çapının zəruri olduğunu dedi. Təqdimatda yazıçı Əyyub Qiyas, aktyor Ötkəm İsgəndərli, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, Doğa Akdeniz Universitetinin magistrı Cəfər Mənsimi çıxış etdilər.
Bakı Uşaq Teatrının repertuarında olan Arzu Soltanın pyeslərindən -“Günahsız günahkarlar”, ” Fidan və Qoğal”, ” Qış bayramı” tamaşalarından parçalar nümayiş olundu. Tədbir boyui Ruslan Adgözəlovun ifasında rəngarəng musiqi nömrələri ifa olundu.