1 saat vaxt sərf etdi və 700 bal topladı

410

III ixtisas qrupu üzrə təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verənlərdən biri də İlhamə Hüseynovadır. 17 yaşlı abituriyent Bakı şəhəri, Nəsimi rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin məzunu  olsa da, 5-ci sinifə qədər Goranboyun Zeyvə kəndində oxuyub. İlhamə Hüseynova bundan öncə iştirak etdiyi imtahanda 685 bal toplasa da bununla razılaşmayıb. Valideynlərinə ikinci imtahanda iştirak edib, maksimum nəticə göstərəcəyini deyib və istəyinə nail olub: 700 bal toplayıb. Dediyinə görə, imtahanda doğru cavabları tapmaq üçün imtahanın sonunu gözləməyib. Belə ki, o, bir saat vaxt sərf etməklə ən yüksək nəticə göstərib.

 

İlhamə Hüseynova BDU-nun hüquq fakültəsində təhsil almaq istədiyini deyir. Magistraturanı isə xaricdə oxuyacğını bildirir.

Esmira Hidayətova, Goranboy.