“İşıqlı Gələcək” GİB-in daha bir layihəsi uğurla başa çatıb

469


Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olan, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsi uğurla başa çatıb. Məlumat üçün bildirək ki, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən layihə iki mərhələ üzrə reallaşıb.

Müraciət edən gənclər 2 qrupa ayrılmaqla onlar üçün müxtəlif bilik və bacarıqları özündə birləşdirən biznes təlimləri keçirilib. Təlimlər zamanı, iştirakçılara biznes ideyanın biznes plan formasında təqdim edilməsi, SWOT analiz mahiyyəti və təhlilin aparılma meyarları izah olunub. İştirakçılar komandalara bölünərək qrup tapşırıqları yerinə yetirib.

İki mərhələ üzrə keçirilən layihə təlimlərinin I mərhələsində 42, ikinci mərhələsində isə 28 gənc iştirak edib.  Təlimlərdə müxtəlif sahələr üzrə təhsil alan universitet və kollec tələbələri ilə yanaşı, öz şəxsi biznesini yaratmaq istəyən gənclər də iştirak edib.  Həmçinin layihələr zamanı  iştirakçılara marketinq planın hazırlanması və tətbiqi,  4P metodu, bazar araşdırılmasının mərhələləri və digər  məsələlər öyrədilib.

Layihə zamanı fəallığı ilə seçilən gənclər sertifikatla təltif edilib.

Esmira Hidayətova