Əsir olmuş qazimiz ailəsinə qovuşdu

135

 

Ermənistan əsirliyindən azad edilmiş Nürəddin Yolçuyev  gecə saatlarında müalicə aldığı xəstəxanadan evinə dönüb. Sevinci hədisiz olan ana, əsirlikdən qayıdan övladını dizin-dizin gedərək qarşılayıb.  Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edən, Yevlax rayon Marzılı kənd sakini  22 yaşlı Nürəddin Yolçuyev oktyabrın 2-də yaralı halda düşmən tərəfə əsir düşüb. Yaxınları ondan bir müddət xəbər tuta bilməsələr də, sonradan onun ermənilər tərəfdən əsir götürüldüyünü öyrənə biliblər. Nəhayət 2020-ci ilin son günü Nürəddin ailəsinə qovuşub.

Yaralı qazini  anası Vüsalə Yolçuyeva, nənəsi Banu Umudova, atası Bəxtiyar Yolçuyev və kənd sakinləri böyük coşqu ilə qarşılayıblar.

22 yaşını əsirlikdə tamamlayan Nürəddin Yolçuyev, 2 bacının yeganə qardaşıdır. 73 gün əsrilikdə qalan Yevlax sakini,  Ali Baş komandana güvənib tezliklə vətənə qaydacağına ümid etdiyini deyib.

44 günlük Vətən müahribəsində gedən döyüşlərdə Talış istiqamətində ayağından yaralanan Nürəddin Yolçuyevin bir müddət müalicəsi davam edəcək. Yevlax sakinin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.

Esmira Hidayətova, Yevlax