“Əsəd və İŞİD arasında əməkdaşlığa dair heç bir sübut yoxdur”

0
588

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Suriya lideri Bəşər Əsəd və terror təşkilatı İŞİD arasında əməkdaşlıq olduğu iddialarını təkzib edib. O, bu iddiaları təsdiq edəcək heç bir sübutun olmadığını bildirib.

Rusiya mediasına açıqlama verən S.Lavrov Suriya böhranının həlli üçün Moskvanın verdiyi təkliflər haqqında danışıb. Moskvanın ABŞ və həmkarlarına Suriyada İŞİD-lə mübarizə üçün iki təklifini xatırladan nazir: “Dövlət Başçımızın koalisiya yaradılması və siyasi prosesin dəstəklənməsi təşəbbüsü hamının marağına səbəb olub. Bu quruda İŞİD-lə mübarizə aparan və bu təşkilatı qəbul etməyən insanlardan ibarət bir koalisiyanın qurulmasını nəzərdə tutur. Bir-birlərilə mübahisə etmək əvəzinə öncəliklə ortaq təhlükə ilə mübarizə aparılmalıdır. Daha sonra isə öz ölkələrində necə yaşayacaqları haqqında razılaşma əldə etməlidirlər”, -deyə nazir bildirib.

Suriya haqqında çoxlu sayda xəbərlərin yayıldığını vurğulayan S. Lavrov açıqlamasına belə davam edib: “Əsədin İŞİD-lə əməkdaşlıq etdiyinə dair təsəvvür yaratmağa çalışırlar. Bununla bağlı heç bir sübut yoxdur. Məntiqlə düşündüyümüz zaman belə bir şeyin mümkün olmadığını deyə bilərik. Çünki sadəcə Yaxın Şərqdə deyil, Şimali Afrikada da böyük bir ərazidə iqtidarı ələ keçirməyə çalışan bir təşkilatla kiminsə əməkdaşlıq etdiyini iddia etmək doğru deyil”.

“ABŞ-ın Suriya ordusunu vurmaq planı bölgəni alt-üst edə bilər”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyada müxalif qruplara dəstək verilməsinə sərt reaksiya verib. Nazir bu addımların bölgəni alt-üst edəcəyini bildirib.

Lavrov ABŞ-ın bu planları haqqında daha əvvəl xarici işlər naziri Con Kerri ilə müzakirə etdiklərini qeyd edib: “Görüşmədə İŞİD ilə mübarizə üçün yetişdirdikləri insanları Suriyaya göndərəcəkləri və onlara havadan dəstək veriləcəyi ilə bağlı ABŞ-ın planlarını müzakirə etdik. Onlar bildirdi ki, əgər Suriya hökumətin hərbi birləşmələri, ABŞ qüvvələrinə qarşı gələrsə onlara da hücum ediləcək. Mən bildirdim ki, razılıq əldə etmək daha asan ola bilər. Tərəfləri bir araya gətirmək, Suriya və kürd tərəflərinin iştirakı ilə bu mövzuları müzakirə etmək lazımdır. İraqlı kürdləri və İraq ordusunu da dəvət etmək yaxşı olardı. Amma təəssüflər olsun ki amerikalılar buna hazır deyillər. Mən həmkarım Kerriyə xəbərdarlıq etdim, vəziyyət heç kəsin idarə edə bilməyəcəyi hal ala bilər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here