Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti təyyarəsinə pilotluq edən Sərdar Halil Girgin yol-nəqliyyat hadisəsində həlak olub. O, Zonguldakın Erəğli rayonunda idarə etdiyi motosikletlə qəzaya uğrayıb. Sərdar Halil Girgin 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edib. “Boeing 777” təyyarəsi ilə həyata keçirilən bu səfər Türk Hava Yollarının tarixində uzunmüddətli uçuş kimi rekord qazanıb.azərtac
Son xəbərlər
Kosmosun fəthində azərbaycanlıların rolu
SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Bu gün Azərbaycanda da daxil...