Ərdoğandan Qarabağ açıqlaması: Davam edəcəyik!

414

Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. alpaninfo.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxışı zamanı deyib.

“Bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapması üçün əlimizdən gələn bütün səylərdən istifadə etməyə davam edəcəyik”, – Ərdoğan bildirib.