Ərdoğan: Türk PUA-ları müharibə strategiyasını dəyişdi

0
39

Bütün qaralama kampaniyalarına rəğmən, türk PUA-ları dünyada həsədlə təqdir edilir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə strategiyalarını dəyişdirdi.

“Zərbə PUA-ları Liviyadakı müharibənin də gedişatını dəyişdirib”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri PUA-ların uğurlarının digər məhsullara da marağı artırdığını əlavə edib.