“ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya raket zərbələri endirməsini düzgün hesab edirik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bununla da Suriya rejimi hücumlarının cavabsız qalmayacağını gördü: “Suriya rejiminin hədəflərinə qarşı raket və təyyarələrlə məhdud əməliyyat keçirildi. Həyata keçirilən əməliyyatı düzgün hesab edirik. Kimyəvi silahlarn uşaqları hansı vəziyyətə saldığını qəbul edə bilmərik. Bunu edənlər əvəzini ödəməlidirlər. Bununla da rejim son günlərdə müxaliflərə qarşı artırdığı qeyri-insanı hücumlarının cavabsız qalmayacağını gördü”. Bununla belə, Türkiyə Prezidenti qeyd edib ki, ABŞ və Rusiya arasında gərginliyi də nizamlamaq lazımdır.
Son xəbərlər
Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür
Almaniyanın onlayn nəşrlərinin birində Potsdam Universitetinin İqtisadi nəzəriyyə kafedrasının professoru doktor Vilfrid Furmanın “Qafqazda sülh və əməkdaşlıq?” sərlövhəli məqaləsi yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, həmin...