Ərdoğan Qarabağa görə Bakıdan təkliflər gözləyir

372
????????????????????????????????????

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 10-da Azərbaycana səfər edəcək.

 

Bəs Türkiyə liderinin səfərinin detalları nədən ibarətdir?

 

Modern.az-ın məlumatına görə,  “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qardaş ölkənin dövlət başçısının Bakıya səfərini şərh edib.

 

O deyib ki, Türkiyə prezidenti Bakıya əliboş gəlməyəcək.

 

“Ankaradakı diplomatik qaynaqlardan əldə etdiyim məlumata görə, Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə həmişəki mövzuları müzakirə etməklə yanaşı, Bakıda iki məsələni də diqqət mərkəzində saxlayacaq.

 

Birincisi, Ərdoğan Qarabağ məsələsində Türkiyənin mümkün rolundan danışacaq. Məsələ burasındadır ki, Ərdoğan bu məsələni yenidən Rusiya prezidenti Vladimir Putinin qarşısında qaldırmaq istəyir və ona görə də Bakıdan təkliflər gözləyir. Yəni bu iş Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir.

Bu, rəsmi Bakının da maraqlarına cavab verir. Onsuz da rəsmi Bakı Kremli münaqişənin ədalətli həllinə cəlb etmək istəyir və Ərdoğanın əlavə fəallığı ancaq işin xeyrinə ola bilər. Bir şərtlə ki, Putin həm Bakını, həm də Ankaranı eşitməyə hazır olsun.

 

İkincisi, Ərdoğan Xəzərin statusunun avqustda Qazaxıstanda keçiriləcək zirvə toplantısında müəyyənləşəcəyini əlində rəhbər tutaraq, Transxəzər boru xəttinin tikintisini sürətləndirmək istəyir.

 

Məqsəd isə budur ki, Türkmənistan qazı Xəzərin dibi ilə əvvəlcə Azərbaycana, buradan isə Türkiyəyə nəql olunsun. Ərdoğanın Bakıda müzakirə edəcəyi ikinci əsas mövzu Transxəzər boru xəttinin perspektivi olacaq. Ankara bu məsələni də ləngitmək istəmir”.