Ərdoğan: “O ağılı özünüzə saxlayın”

0
285

“Ey Avropa Parlamenti, siz nə vaxtdan Türkiyəyə ağıl verməyə başlamısınız?”

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum əyaləti təşkilatının konfransında bildirib.

“O ağılı özünüzə saxlayın. 7 ildir 3,5 milyon suriyalını qonaq edən bizik. Qapıları açıb onları Avropaya göndərsəydik, qaçıb gizlənməyə dəlik axtaracaqdınız. Biz insanlıq etdik. Siz insanlıqdan anlamırsız. Sizin qəbul etdiyiniz qərarlar bu qulağımızdan girib, o birindən çıxar.

Afrin əməliyyatını davam etdirəcəyik. Bizim mülki insanlarla əsla işimiz yoxdur. Suriya torpaqlarında da bizim işimiz yoxdur. Suriya torpaqlarında məzlum, günahsız insanları xilas edirik. O namusuzlar Afrindən qaçmaq istəyən mülki insanlara zülm edirlər. Onların bombaları saxladıqlar yeri də müəyyən etmişik. Afrinin 3/4-nə nəzarəti təmin etmişik. Bizim o torpaqlarda gözümüz yoxdur”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O, çıxışı zamanı bildirib ki, Ərzurumdan çəkiləcək dəmiryolu xətti Tbilisiyə, oradan Bakıya və Çinədək uzanacaq. Report