Ərdoğan Ermənistanla bağlı şərtini açıqlayıb

37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının şərtini açıqlayıb. Türkiyə dövlət başçısı Bosniya və Herseqovinadan qayıdan zaman şəxsi təyyarəsində jurnalistlərə deyib.

Ankara ilə Yerevan arasındakı əlaqələr mövzusuna toxunan R.T.Ərdoğan, birtərəfli ittihamların yerinə real yanaşmaların gəlməli olduğunu qeyd etdi:

“Yerevan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması istiqamətində fəaliyyətə başlaya bilər”.