Ərdoğan Binəli Yıldırıma, Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə xəstəxanada baş çəkib

45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda müalicələri davam edən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Bununla bağlı Türkiyə Prezidentinin rəsmi tviter hesabında paylaşım edilib.

Prezident Ərdoğan xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

Qeyd edək ki, ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılıb, daha sonra isə xüsusi təyyarə ilə İstanbula gətiriliblər. Onların müalicəsi İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında davam etdirilir.