Ərdoğan: Atatürkdən sonra onlar faşistə çevrildilər

47

Qazi Mustafa Kamal dönəmindən sonra CHP yalnız düşüncə olaraq deyil, həm də əməli olaraq da fazişmsayağı bir partiyaya çevrilmişdi.

“alpaninfo.com” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İkinci Dünya müharibəsindən sonra dünyada yaradılan çoxpartiyalı sistemlər və bunun fonunda xalqın demokratiya tələbi CHP-çi kadrlar üçün gözlənilməz olmuşdu. Bu mənada Demokratik Partiya və Menderes dönəmi Türkiyənin demokratiya və inkişaf mübarizəsinin önəmli simvollarından biridir. Eyni zamanda 27 may tarixi ölkəmizdə bitib-tükənmək bilməyən qiyam, xunta rejimləri, həbslərin başlanma dönəmidir. Çevriliş dönəmlərində baş verənlər millətimizin tarixində ağır izlər buraxmışdır”.

Xatırladaq ki, Türkiyənin CHP-çi olmayan ilk baş naziri Adnan Menderes 1960-cı ildə 27 may çevrilişi ilə devrilərək edam cəzasına məhkum edilib.