Ərazi ilk partiya təşkilatlarının nümayəndələri bacarıqlarını nümayiş etdiriblər

448

Mingəçevirdə YAP Mingəçevir şəhər təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş idman turniri keçirilib. Turnirdə ərazi ilk partiya təşkilatlarının nümayəndələri şahmat, dama və nərd oyunlarında öz bacarıqlarını nümayiş etdiriblər.

Turnirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizin idman sahəsində apardığı islahatlardan, eləcə də bu gün ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən söz açıb.

YAP şəhər təşkilatının inzibati binası qarşısında keçirilən turnirdə şahmat üzrə yarışlarda Əmirzadə Nahid Hikmət oğlu I, Baytalov Vurğun İsmayıl oğlu II, Əhmədzadə Əhməd Hikmət oğlu III yerə layiq görülüblər. Dama üzrə yarışlarda İsmayılov Mais Sarış oğlu, Qarayev Rinat Telman oğlu fərqləniblər. Nərd üzrə isə Əliyev Rəşad İslam oğlu I, Şirinbəyli İnqilab Xosrov oğlu II, Nəsibov Adil Əjdər oğlu III yerin qalibi olublar. Ümumiyyətlə, yarışda 33 saylı (“AzİES” MMC) ərazi ilk partiya təşkilatının nümayəndələri fəal iştirak ediblər. 
Qaliblər YAP Mingəçevir şəhər təşkilatının fəxri fərmanı ilə təltif olunublar.

Esmira Hidayətova,Mingəçevir.