Ən yüksək bal toplayanlar

104

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. IV ixtisas qrupunda isə ikinci mərhələdə maksimum nəticə qeydə alınmayıb.
alpaninfo.com
“Azərbaycan Universitetləri”nə istinadən maksimum nəticə göstərən məzunları təqdim edir:

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızıdır. O, 2022-ci il qəbul imtahanlarında bütün qruplar üzrə 697 bal toplayaraq ölkə birincisi olub.

Bakı şəhəri Kimya-Biologiya Təmayüllü Liseyin məzunu Muraz Yusifov. O da blok imtahanlarında 400 bal yığanlar sırasındadır. Muraz ümumi göstəricidə 685 bal toplayıb.

Qəbələ şəhər 1 saylı orta məktəbin məzunu Natiq Məmmədov. Natiq blok imtahanlarından 400 bal, buraxılış imtahanlarından 290 balla ümumilikdə I qrup üzrə 690 bal toplayıb. Bu, Qəbələdən ən yüksək göstərici hesab olunur.

Bakı şəhəri 53 nömrəli məktəbin yetirməsi Aslanlı Zakir Zaur oğlu. O, I qrup üzrə keçirilən qəbul imtahanlarında 682 bal toplayıb. Blok imtahanında maksimal nəticə göstərən 10 nəfərdən biridir.

Bakı şəhəri 258 nömrəli məktəbin məzunu Fərid Quliyev.

Abşeron rayonu Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Elnur Mərdiyev. O, I qrup üzrə keçirilən blok imtahanlarında 400 bal, ümumilikdə isə 683,7 bal toplayıb.

İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunu Aydınov Aydın Simran oğlu. O da blok imtahanlarında maksimal 400 bal toplayan 10 nəfərdən biridir. Aydın I qrup üzrə 2 mərhələnin cəminə əsasən 676,1 bal toplayıb.


Biləsuvar şəhər internat orta məktəbinin məzunu Aysel Rəhimli. O da blok imtahanında 400 bal toplayan 10 nəfərdən biridir. Aysel I qrup üzrə 674 bal toplayıb.

Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Leyla Eynullazadə. O, I qrup üzrə ən yüksək nəticəni göstərənlərdən biridir (400 bal).

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Əbdürrəhman Kazımov. O, I qrup üzrə 684 bal toplayıb. Blok imtahanında 400 bal yığan 10 nəfərdən biridir.

Bakı şəhər 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu.