Ən qəribə və nadir xəstəliklər

1282
İnsanların yoluxduğu elə xəstəliklər var ki, çoxlarımız onların heç adını belə eşitməmişik. Atalar sözündə də deyildiyi kimi, “İnsanın ağlına gəlməyən başına gələr”. Bu yazımızda sizə nadir və qəribə xəstəliklərdən bir neçəsini təqdim edirik:
“Lamprey” xəstəliyi: Əvvəllər bir əfsanə, uydurma olduğu düşünülən bu xəstəlik hazırda bir çox insanda görülməyə başlanıb. Bu xəstəliyə yoluxan insanlarda bədənin müəyyən hissələri ilan balığı ağzı şəklində yaralar tökür.

“Ağac adam” sindromu: Genetik olan bu xəstəlikdə boyun, əl və ayaqlarda anormal dərəcədə böyümə meydana gəlir.

“Alisa Möcüzələr Diyarında” sindromu: Bu xəstəlikdən əziyyət çəkən insanlarda qarabasma, mühitə adaptasiya ola bilməmə, əşyaları  ölçülərindən fərqli qəbul etmə kimi problemlər yaşanır.

“Cotard” sindromu: Bir ruh xəstəliyi olan bu sindroma yoluxan insanlar özlərini ölü zənn edirlər. Hətta ətrafdakı insanların da ölü olduğuna ancaq gəzə bildiklərinə inanırlar. Belə xəstələr tez-tez depressiyaya girir və intihar fikirlərinə düşürlər.

“Cronkhite-Canada” sindromu: Bu xəstəlikdən əziyyət çəkən insanlar dad alma duyğusunu tamamilə itirirlər. Adətən yaşlı insanlarda rast gəlinən bu xəstəliyə düçar olan uşaqlar da var.

Fil xəstəliyi: Bir parazitin yoluxdurduğu bu xəstəlik insanların qol, ayaq və aşağı ətraflarının anormal böyüməsinə səbəb olur.

“Menkes” xəstəliyi: Daha çox oğlan uşaqlarında kiçik yaşlarda görülən bu xəstəlik bədəndəki dəmir səviyyəsinin anormallığı səbəbilə yaranır. Bu zaman insanın əzələləri zəifləyir, saçları tökülür və immunitet sitemi aşağı düşür.

“Ölümcül ət” sindromu: Ət yeyən bakteriya kimi də bilinən bu xəstəlik, dərinin ən alt təbəqələrindən birinə yerləşən virus səbəbilə yaranır. Xəstəliyə yoluxan insanlarda şiddətli ağrı, dərinin deformasiyası və zədələnməsi baş verir. Xəstəliyə yoluxan insanın ölmə ehtimalı 73 faizdir.

“Parry-Romberg” sindromu: Səbəbi hələ də tapmayan xəstəliyə yoluxan insanlarda erkən yaşda dəri bürüşməsi başlayır. Xəstəliyin ilk vaxtlarında üzün müəyyən hissələrində xoşagəlməz dəyişiklik, irəliləyən zamanlarda isə, üz əzələlərinin anormal pozunuqluğu baş verir.

“Partlayan baş” sindromu: Qulağa hər nə qədər qeyri-mümkün kimi gəlsə də, bu sindromdan əziyyət çəkən insanlar başlarının silahla və yaxud səs bombası ilə partladıldığını hiss etdiklərini söyləyirlər.

“Arqiroz” (Argyria): Bədənin rənginin dəyişməsi xəstəliyidir. Xəstəliyə səbəb gümüş elementidir. Gümüş insan bədənindən asanlıqla atıla bilən bir element deyil və davamlı olaraq bədəndə yığılır. Gümüş, gümüş tozuna və hətta gümüş tərkibli digər kimyəvi maddələrə davamlı olaraq məruz qalmaq orqanizmdə gümüş miqdarını sürətlə artırır. Bu xəstəliyə düçar olan insanların dərisinin rəngi göy rəngə çalır. Xəstəlik çox vaxt ölümlə nəticələnir.

“Porfiri”: Qan xəstəliyi olan “Porfiri” şiddətli qarın ağrısı, davranış pozunuqluğu və günəşə həssaslıq kimi simptomlarla ortaya çıxır.

“Hailey-Hailey” xəstəliyi: Dəri üzərində su toplamış qabarcıqlar şəklində sızanaqların çıxması ilə ortaya çıxan genetik xəstəlikdir.