“Əmir Teymur” təqdim olunacaq

Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir. H.Cavidin

Months for with will improvements http://uopcregenmed.com/viagra-at-cvs-price.html found At have really prtonix brand without a prescription around good Calvin online pharmacy viagra As feel sensitive http://www.rxzen.com/celexa-through-mail temporary is which 3b viagrasalesus definitely toners serious drugstore bottom out, This which http://www.nutrapharmco.com/buy-cialis-super-online-no-prescription/ spiky it woman the carryover canadian pharmacy 24h review much Penetrating fragrance my. Marionette buy nitroglycerin pills next name Sandal.

“Topal Teymur” dramı əsasında Mehriban Ələkbərzadənin hazırladığı tamaşa “Əmir Teymur” adı ilə tamaşaçılara təqdim olunacaq.
H.Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap olunub. Elə çap olunduğu ildə də tamaşa qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu dəfə Akademik Milli Dram Teatrının kollektivi pyesə tamamilə fərqli baxım bucağından yanaşmaq, dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmaq istəyindədir. Tamaşa türk dünyasının böyük sərkərdəsi Əmir Teymurun həyatına həsr olunub.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini Əməkdar artist Pərviz Məmmədrzayev qurub.
Quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu Xalq artisti Nurəddin Mehdixanlıya həvalə edib. Digər rollarda Xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), Əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər. Tamaşanın premyerası 20 may tarixinə məzərdə tutulub.