“Əməyi sevən hər kəsin dolanışığı yaxşı olur”

Qadın sənəti sayılmayan işlərdə çalışan qadınlarımız çoxdur. Onlardan biri də  şəhid anası Nabat Əliyevadır. O, Mingəçevirdəki keçmiş Təcrübi–Eksperimental zavodunda kran-maşinisti (körpülü) kimi fəaliyyət göstərən ilk qadın olub. Nabat xanım həm də Mingəçevirdə bu peşəyə yiyələnmiş ilk qadın kimi adını tarixə yazdırıb. Qeyd edək ki, Nabat Əliyeva Qəbələ rayonunda doğulsa da, 14 yaşından Mingəçevri şəhərində yaşayır. 71 yaşında olan Nabat xanımla bu günlərdə görüşüb ona bir neçə sual ünvanladıq.

O, bu peşəni necə seçməsi ilə əlaqədar sualımıza belə cavab verdi: “50il öncə iş üçün  Mingəçevir Təcrübi–Eksperimentalzavoduna müraciət etdim. Mənə dedilər ki, bizdə qadın üçün iş yoxdur. İndi bizəancaq kran maşinisti lazımdır, o da sənlik deyil. Bu işə bacarsaydın, səni məmuniyyətləişə qəbul edərdik. Dedim, bacararam. Mənə 6 aylıq kurs keçməyi, daha doğrusu,bu sahədə çalışanlardan birinin yanında şagird kimi fəaliyyət göstərməyimi məsləhətgördülər. Bu peşəyə elə aludə oldum ki… Heç 3 ay keçməmiş  kranı müstəqil idarə etməyə başladım. Beləcə, 27il  həyat yoldaşımla çiyin-çiyinəçalışdım (Onu da deyim ki, həyat yoldaşım zavodda metaləridən idi). Bu müddətdə bir çoxuna bu peşənin sirlərlərinidə öyrətdim. Hə, onu da deyim ki,  ozamanlar krançı-maşinist olmağım çoxuna maraqlı gəlirdi. Odur ki, müxtəlifgörüşlərdə olarkən bu peşə ilə bağlı mənə çoxlu suallar ünvanlayırdılar”.

Qısa zaman kəsiyində işi ilə fərqlənib Nabat xanım. Kollektivdə sayılıb-seçilən işçilərdən olub. Elə əməksevərliyinə görə mənzillə təmin edilib. Müxtəlif mükafatlara layiq görülüb. O illərdə Nabat xanım 3 dəfə Mingəçevir Şəhər Sovetinə deputat da seçilib.  5 övlad boya-başa çatdırdığına görə “Qəhrəman ana” ordeni ilə də təltif olunub”.

Söhbətinin bu yerində 12 nəvəsi, 4 nəticəsi olan və bir ana kimiövladlarından, gəlinlərindən çox razı olduğunu bildirən Nabat xanım bir qədərfikrə getdi. Az sonra Qarabağ döyüşlərində şəhid olmuş oğlunu – Xəzəri  göz yaşları içində xatırladı. Daha sonra isə Prezidentin,şəhər rəhbərliyinin şəhid ailələrinə göstərdikləri xüsusi diqqət və qayğıdan söz açdı.

Nabat xanımı bu aləmdən  növbəti sualımızla ayırmağa cəhd etdik. “Əməyi sevən hər bir kəsin dolanışığı yaxşıolur” sözləri ilə söbhətini davam etdirən Nabat xanım dedi ki, təqaüdə çıxdıqdan sonra da əmək fəaliyyəti ilə məşğul olub: “Nabat işdən yorulan qadınolmayıb.  O vaxtı Bozdağın döşündə bizə torpaq sahəsi vermişdilər. Həmin sahədə çiyələk əkdim, onun satışı ilə məşğul oldum. Mən bu gün də 71 yaşımın olmasına baxmayaraq, bir dəqiqə də olsun, dayanmıram. Həyət-bacada səliqə-səhman işləri aparır, bağda ağaclara quluq edirəm”.

Esmira Hidayətova, Mingəçevir