Əməkdar artisti Kübra Dadaşova vəfat edib

326

Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın Əməkdar artisti Kübra Dadaşova vəfat edib. Məlumata görə, aktrisa dünən axşam saatlarında dünyasını dəyişib. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova bu gün dəfn olunacaq.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.