“Əmək haqqları qiymət artımı ilə tərs mütənasibdir”

503

Son bir ildə qiymətlərin sürətlə artmaqda davam etməsi ölkə daxilində demək olar bütün təbəqlərin sosial vəziyyətlərinin pisləşməsinə öz təsirini göstərməkdədir. Qiymətlərin isə sürətlə artmaqda davam etməsi müəyyən qədər ötəən illərin 90-cı illərinin əvvəllərini xatırlatamağa başlayıb. Təbii ki, bütün bunlara manatın devalvasiyasının səbəb olduğu hətta iqtisadçı olmayanlara belə məlumdur. Məsələ ilə bağlı “Yeniavaz.com”a açıqlama verən tanınmış iqtisadçı Nazim Bəydəmirli qiymət artımının davam etməsinin ölkə daxilində əhalinin sosial vəzziyyətinə ağır təsir göstərdiyini və bunun yoxsulluğun artmasında katalizator rolunu oynmaqda dam etdiyinə diqqəti cəlb etdi. Nazim Bəydəmirli: “Son bir ildə bütün ərzaq və qeyri ərzaq məhsullarının qiymətələri demək olar iki dəfə artıb. Elə bir sahə yoxdur qiymət artımı oraya öz təsirini göstərməsin. Əmək haqqlarının qiymət artımı ilə tərs mütənasib təşkil etməsi, büdəcəyə daxilolmaların azalması nəticəsində sosial baxımdan müdafiəyə ehtiyacı olan əhali təbəqəsinə dövlət tərəfindən edilən yardımların azalması da on minlərlə insanın maddi durmunun daha da ağırlaşması ilə müşahidə olunmadadır. Gələn ildən manatın başının sərbəst buraxılmasının infilyasiyanın srətlənməsinə , əhalinin maddi durmunun daha da pisləşməsinə yol aça biləcəyi indidən hiss edilir. Ona görə də bütün bunların qarşısının alınması üçün manatın möhkəmlənməsini təmin edən, real vəziyyəti nəzərə alan, onu düzgün qiyəmətləndirən ciddi tədbirlərə ehtiyac var. Belə hesab edirəm ki, manatın başının sərbəst buraxılmasına paralel olaraq onun möhkəmlənməsinin yolları axtarıb tapılmalı və bu müstəvidə də iqtisadi inkişaf tempinə xidmət edən sərt tədbirlərin ələ alınması vəziyyətdən yeganə çıxış yolu ola bilər”,-dedi.