Türkiyənin Bodrum şəhərində yaşayan Ertğrul Kara özünün quşçuluq fermasında ölkə üçün qeyri-adı olan “əjdaha” toyuğu yetişdirir. Türkiyə mətbuatının verdiyi məlumata görə yerli toyuqlardan çəkisi 3-4 dəfə çox olan bu toyuqların birinin qiyməti bazarda 1000 – 6 min lirə(400-3 min manat) arasında dəyişir. Vyetnamda Dang Tao adı ilə tanınan bu “əjdaha” toyuqların ayağından hazırlanan yeməyin bir payının qiyməti 800-1000 dollar arasındadır. Bir çox xəstəliklərin dərmanı olan, o cümlədən cinsi zəifliklərdə gücləndirici vasitə kimi istifadə edilən əjdaha toyuqlarından hazırlanan yeməklərdən ən çox krallar və dünyanın zəngin insanları istifadə edirlər. “Əjdaha” toyuqları ildə 300-320 yumurta verirlər. Yumurtaların birinin qiyməti bazarda 15-20 lirəyə satılır. Kara 3 yoldaşı ilə birlikdə qurduğu quşçuluq fermasında əjdaha toyuqları ilə yanaşı oxşar xüsusiyyətlərə malik olan və dünyanın müxtəlif ölkələrində saxlanılan daha 8 toyuq cinsi yetişdirir. Onun sözlərinə görə, Türkiyədə də bu toyuqlardan hazırlanan yeməklərə tələbat ildən-ilə artır və onlar hər gün restoranlara yüzlərlə “əjdaha” toyuq satırlar.
Son xəbərlər
MDU-da “Açıq havada kitabaxana” adlı sərgi təşkil edilib
Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasının təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində tələbələr və orta məktəb şagirdləri üçün “Açıq havada kitabxana” adlı sərgi keçirilib.
Sərgidə...