Əhmədli, Biləcərdə… tramvay xətti olacaq

0
177

“Bakıda və onun ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində çalışırıq”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında deyib.

“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, – o qeyd edib.

O, həmçinin bildirib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq. 

C.Qurbanov qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb.
“Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır.