Əhməd Cavadın imzalayaraq Nuru Paşaya bağışladığı kitabın aqibəti

474

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə  silsilə yazılarına davam edir. Bu yazılarda biz Cümhuriyyət fədailəri, Cümhuriyyət tarixi ilə bağlı araşdırma yazılarla bərabər, o dövrə aid maraqlı faktlara da ara-sıra toxunacayıq.

Belə faktlardan biri də Nuru Paşanın Gəncəyə gəldiyi zaman ona verilən imzalı kitabla bağlıdır.

Əhməd Cavadın ilk şeirlər kitabı “Qoşma” adlanır. Bu kitab ondan xəbərsiz olaraq çap olunub. Şairin şeirlərinin oxucular tərəfindən böyük sevgi və rəğbətlə qarşılanmasından, Əhməd Cavadın yaxın dostu, Türkiyə “Qardaş Yardımında” birlikdə çalışdığı Xosrov bəy Sultanov qəzet və jurnallarda çıxan şeirlərini toplayaraq bunları öz hesabına çap etdirmişdi. Bu kitabdan birini də Əhməd Cavad Bakını işğaldan azad etmiş Nuru Paşaya imzalayıb. İmzalanmış kitabda bu sözlər yazılıb:

“Kafkas Ordusu kumandanı Nuri Paşa Hazretlerine müellif tarafından değersiz bir armağan. Cevad (imza) 30 mayıs 1918.Gence”.

 

 

Həmin kitabın sonrakı taleyi ilə bağlı Cümhuriyyət dövrünün araşdırıcısı Ceyhun Nəbi Modern.az-a maraqlı məlumat verib:

“Kitab bu gün Türkiyədə tanınmış alim, publisist, kolleksiyaçı Haluk Oraldadır. Bu günlərdə mətbuatda oxudum ki, Haluk Oral deyib ki, kim ona 1928-ci ildə Bakıda Nazim Hikmətin ilk çıxmış kitabı olan “Günəşi İçənləri Türküsü” kitabını tapıb gətirsə, Əhməd Cavadın imzalı kitabını ona hədiyyə edəcək”.