“Əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır”

0
177

“Hökumət Azərbaycanda tibbi maskaların qiymətinin 30 qəpikdən yuxarı olmamasına nəzarət edir”.

alpaninfi.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, əhaliyə satılan tibbi maskaların qiyməti 30 qəpikdən baha olmamalıdır:

“Xaricdən ölkəyə idxal edilən tibbi maskaların qiyməti 30 qəpikdən baha başa gəlir. Ancaq pandemiya dövrü üçün qiymət fərqini dövlət tibbi maka idxalçılarına ödəyir. Pandemiya ilə mübarizə dövründə bu qiymət fərqini dövləti ödəyəcək, dövlət bunu subsidiyalaşdırır”.