Əhali əmanətlərini banklardan çıxarır

0
580

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-cı il mart ayının 1-nə 8 milyard 77,3 milyon manat təşkil edib.

Mərkəzi Bankın verdiyi xəbərə görə, fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 566 milyon manat və ya 6,5% azalıb.
Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 987,8 mln. manat və ya 13,9%, 2015-ci ilin analoji dövrünə nisbətən isə 144,6 mln. manat və ya 1,8% azalıb.

Kredit qoyuluşlarının həcmi azalıb
Mərkəzi Bankdan verilən digər bir xəbərə görə, Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il mart ayının 1-nə 19 milyard 731,9 milyon manat təşkil edib.
Kredit qoyuluşu fevralın 1-nə olan göstərici ilə müqayisədə 858,8 milyon manat və ya 4,17% azalıb.
Qeyd olunur ki, yanvarın 1-i ilə müqayisədə kredit qoyuluşları 1 milyard 553,6 milyon manat və ya 8,5% artıb, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 405,8 milyon manat və ya 2% azalıb.

Bankların aktivləri aşağı düşüb
Bunlardan başqa Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri 2016-cı il mart ayının 1-nə 32 milyard 832,8 milyon manat təşkil edib. Fevralın 1-i ilə müqayisədə bankların aktivləri 943,8 milyon manat və ya 2,8% azalıb.
Qeyd edək ki, yanvarın 1-nə nisbətən bankların məcmu aktivlərinin həcmi 4 milyard 286,9 milyon manat və ya 15%, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 4 milyard 199,8 milyon manat və ya 14,7% artıb.

Mərkəzi Bankın valyuta
ehtiyatları artıb
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 2016-cı il aprel ayının 1-nə 4 milyard 65,8 milyon dollar təşkil edib. Rəsmi valyuta ehtiyatları martın 1-nə olan göstərici ilə müqayisədə 39,5 milyon dollar və ya 1% artıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 950,9 milyon dollar və ya 19% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə rəsmi valyuta ehtiyatları 5 milyard 406,3 milyon dollar və ya 57,1% azalıb.
Pul bazası artıb
Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin mart ayı ərzində 147,3 milyon manat və ya 2,3% artaraq aprelin 1-nə 6 milyard 535,8 milyon manat təşkil edib. Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 803,6 milyon manat və ya 21,63% azalıb.
Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 milyard 541,9 milyon manat, fevralın 1-nə 10 milyard 551 milyon manat, martın 1-nə 9 milyard 109,9 milyon manat, aprelin 1-nə 8 milyard 339,4 milyon manat, mayın 1-nə 7 milyard 418,6 milyon manat, iyunun 1-nə 7 milyard 597,3 milyon manat, iyulun 1-nə 7 milyard 487 milyon manat, avqustun 1-nə 7 milyard 467,5 milyon manat, sentyabrın 1-nə 6 milyard 352,1 milyon manat, oktyabrın 1-nə 7 milyard 50,4 milyon manat, noyabrın 1-nə 7 milyard 55,9 milyon manat, dekabrın 1-nə 6 milyard 730,6 milyon manat, 2016-cı il yanvarın 1-nə 6 milyard 901,8 milyon manat, fevralın 1-nə 5 milyard 787,4 milyon manat, martın 1-nə isə 6 milyard 388,5milyon manat təşkil edib.