Əfqanıstanın müvəqqəti hökumətini formalaşdırılıb

30

“Taliban” hərəkatının rəsmi nümayəndəsi Zəbihulla Mücahid Əfqanıstanın yeni müvəqqəti hökumətinin tərkibinə kimlərin daxil olduğunu açıqlayıb.

azərtac Ariana News telekanalına istinadla xəbər verir ki, Zəbihulla Mücahidin sözlərinə görə, Əfqanıstan Baş nazirinin səlahiyyətlərini “Taliban” rəhbərliyi şurasının başçısı molla Məhəmməd Həsən Axund icra edəcək.

Hərəkatın siyasi ofisinin rəhbəri molla Əbdül Qani Bəradar Baş nazirin müavini, “Taliban”ın banisinin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, “Hakkani şəbəkəsi”nin yaradıcısının oğlu Siracuddin Hakkani daxili işlər naziri, Zəbihulla Mücahid mədəniyyət və informasiya naziri, molla Əmir Xan Mutaki xarici işlər naziri təyin olunub.

Müvəqqəti hökumətdəki digər əsas postlara təyinatlar barədə məlumatlar da açıqlanıb