Əfqanıstanda terror aktı nəticəsində ölü və yaralı sayı 100-ü ötüb

19

Əfqanıstanda məsciddə terror aktı törədilib. Bu barədə “Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahid bildirib. İlkin məlumata görə, Əfqanıstanın Qunduz vilayətində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur. Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasından bildirilib. BMT-nin Əfqanıstana Yardım Missiyası terror aktına görə dərin narahatlığını ifadə edib.