Ədalətdən 10 qeyri-adi fakt

37

Bu gün ustad Aşıq Ədalətin anım günüdür. alpaninfo.com kulis.az-ın bu münasibətlə onun haqqında topladığı maraqlı faktları təqdim edir.

1. Bir dəfə ona verilişlərin birində belə bir sual verirlər:

“Ədalət əmi, səni uşaqlığına qaytarsalar, gedərsən?
O, deyir:
“Yox. Ona görə ki, indi doyunca çörək yeyə bilirəm, uşaqlıqda çox aclıq çəkmişik.

No description available.
Ustad həyat yoldaşı ilə

2. Uşaq olanda müharibənin ən pis və aclıq vaxtlarında qonşunun bağına şəftəli oğurluğuna gedirlər. Ev yiyəsi gələndə hamı qaçır, Ədalət qalır. Adamlar onu döyməsin deyə yerə yıxılıb özünü ölülüyə vurur.

No description available.
Vaqif Bayatlı, Aşıq Ədalət, Yusif Səmədoğlu

3. Aşıq Ədalət lap yeniyetmə olanda Səməd Vurğun ona qulaq asıb və heyran qalıb. Bunun üçün onu başdan-ayağa geyindirib, Qazaxdan Bakıya gətiriblər. Həmişə ayaqyalın gəzən balaca Ədalətin dar ayaqqabıları onu incidirmiş. Səməd Vurğunun yanından çıxandan sonra ayaqqabılarını soyunub əlinə alır və asfaltla ayaqyalın yeriyir. Özü deyirmiş ki, heç Səməd Vurğuna fikir vermirdim. Ağlım ayaqlarımda qalmışdı ki, nə zaman çölə çıxıb soyunacam, ayağımın ağrıları kəsəcək.

No description available.
Cavanlıq…

4. “Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları, Ədalətə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:

– Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan…
Bu maraqlı deyil. Maraqlı odur ki, Ədalət israrla onları inandırmağa çalışır:
– Bir olan Allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.

No description available.
Ədaləti Əadlət edən qara saz və ustadın papağı

5. Qazaxda nəvəsi Aşıq Ədalətdən şəp-şəp istəyir. Ustad, eləmə tənbəllik, gedir rayon mərkəzindəki mağazaya, deyir, nəvəmə şəp-şəp verin. Ayağının ölçüsü? Bilmirəm. Nəvəsini də özüylə gətirməyib. Uzun düşüncədən sonra qərara alır ki, bir vedrə şəp-şəpi aparsın evə, hansı nəvəsinin ayağına uyğun gəlsə onun pulunu versin, qalanını bir uşaqdan geri göndərsin. Beləliklə, Qazağın mərkəzi küçəsi… Aşıq Ədalət əlində bir vedrə şəp-şəp…

No description available.
Oğlunun evində Aşıq Ədlətə aid guşə

6. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə (dekada) dünya şöhrətli hind aktyoru Rac Kapur Aşıq Ədalətin ifasına heyran qalır. Küçəyə çıxıb maşınlara minəndə ona yaxınlaşıb tərcüməçi vasitəsiylə saz aləti haqqında soruşur. Deyir, bunun içində nə var? Ədalət deyir, heç nə! Rac Kapur inanmır:

– Axı burdan bir orkestrin səsi gəlirdi? Sən bir də çal, eşidim…

Ədalət sazı balaca kökləyib “Avara” filminin musiqisini necə çalırsa, Rac Kapur küçədəcə oynamağa başlayır…

No description available.
Bir də gördün fotodu adam

7. Aşıq Ədalət ağır avtomobil qəzası keçirmişdi. Axsaqlığı ordan qalma idi. O, çox ağır vəziyyətdə olub. Hətta saz çala biləcəyi də sual altında qalıb. Ancaq bütün dostlar yığışıb ən yaxşı həkimləri tapırlar və onu xilas edirlər. Yenə əvvəlki kimi çalmağa başlayır. Özü bu barədə belə deyir:

– Gül kimicə ölüb canımı qurtarırdım bunlardan, gəlib məni təzədən yığdırdılar, gətirib qoydular səhnəyə, sazı da verdilər qucağıma ki, çalmalısan! Ay balam, mənə heç rahatlıq olmayacaq bu dünyada?!

No description available.
Onu dəlicəsinə sevənlər vardı

8. Aşıq Ədalət həm də söyüşcüllüyü ilə məşhur olub. Ancaq tanıyanlar onun söyüşlərindən heç vaxt incimirdilər. Necə deyərlər, onun məclislərdə ən yüksək vəzifəli və nüfuzlu adamları da söymək icazəsi vardı.

No description available.
Oğlu Hekayətlə

9. Oğlu Hekayət Nəsibov müsahibəsində deyir: “Son nəfəsinəcən yanındaydım. Son iki, üç gündə ümumiyyətlə yerindən qalxa bilmirdi, tam hərəkətsiz idi, əl-ayaq, bədən heç bir reaksiya vermirdi. Çox çətinliklə danışırdı. Ölümündən iki gün əvvəl onu qaldırıb ağlaya-ağlaya hamama apardım. Qaytarıb gətirib yerinə qoyanda gördüm, o da ağlayır. İkimiz də ağlaya-ağlaya bir-birimizə baxırdıq. Mən də bilirdim ki, sondu, özü də. Birdən qayıtdı mənə dedi ki, ağrın alım, ay Hekayət, ağlama…”


Qəbirüstü abidəsi

10. Mütəxəssislərin dediyinə görə, o, bütün dastan və əhvalatlarla yanaşı 4 mindən çox şeir əzbər bilirmiş. Bu, fenomenal bir yaddaş idi. Aşıq Ədalət hansısa misranı unudanda onun əvəzinə elə birini tapıb oxuyurdu və ya deyirdi ki, orijinaldan əskik olmur, bəzən daha maraqlı çıxırdı.

news-inner-user

19905 məqalə

Oxşar xəbərlər

<span style="color: red">Bəlkə onda bu fəlakət baş verməzdi</span> – Vilayət Quliyev vəfat edən qızından yazdı - <span style="color: red">Foto</span>

Kulis.az
Bəlkə onda bu fəlakət baş verməzdi – Vilayət Quliyev vəfat edən qızından yazdı – Foto
14:3014 Sentyabr 2021

<span style="color: red">Vidadi Babanlı:</span> “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” - <span style="color: red">Müsahibə</span>

Kulis.az
Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” – Müsahibə
13:2814 Sentyabr 2021

Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə qalib oldu

Kulis.az
Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə qalib oldu
13:1414 Sentyabr 2021

Xəbər lenti

Bəlkə onda bu fəlakət baş verməzdi – Vilayət Quliyev vəfat edən qızından yazdı – Foto

14:3014 Sentyabr 2021

Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” – Müsahibə

13:2814 Sentyabr 2021

Azərbaycanlı rəssam beynəlxalq müsabiqədə qalib oldu

13:1414 Sentyabr 2021

Hər yerdə dərc olunan mənasız yazarlarımız

12:2614 Sentyabr 2021

Oğurluq edəndə tutdular, “Yeddi oğul istərəm”ə çəkildiyinə görə peşman oldu, Rac Kapuru küçədə oynatdı – Ədalətdən 10 qeyri-adi fakt

11:4914 Sentyabr 2021

Xalq artisti dilə gəldi: “Çox çətindir”

11:3014 Sentyabr 2021

Səyyad Əlizadənin xanımı xəstəxanaya yerləşdirilib

10:3714 Sentyabr 2021

Nəsrin Cavadzadənin sevgilisindən aşiqanə paylaşım – Fotolar

10:3514 Sentyabr 2021

Yaqub Zurufçunun həyat yoldaşı danışdı – Son məlumat

09:5014 Sentyabr 2021

Futbol meydançasında yaşayan tösmərək – Orxan Fikrətoğludan yeni hekayə

09:0214 Sentyabr 2021

Tural Abbaslı: “Kəramət Böyükçöl şantajla məşğuldur” – İşdən kənar

21:0013 Sentyabr 2021

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək

19:0013 Sentyabr 2021

Yaşamaq ən yüksək istək olduğu halda şəhidlik niyə müqəddəs sayılır?

18:4513 Sentyabr 2021

Dünya şöhrətli müğənninin yeni albomu çıxır

18:0313 Sentyabr 2021

Milli Məclisdə muğamdan danışacaqlar

17:1413 Sentyabr 2021

Sovet marşalına “qatilsən” dedi, birinci katibi kabinetində söydü, deputatlıq üstündə bıçaqladılar – Türkan Şorayla yaxın dost olan Xalq artistimiz

16:2213 Sentyabr 2021

Yeni Klinika: Yaqub Zurufçunun vəziyyəti daha da ağırlaşdı

15:2813 Sentyabr 2021

Tanınmışları avtobusda danışdıracaqlar – Yeni layihə

15:0113 Sentyabr 2021

Bakıdakı biabırçı “kruq” ədəbiyyatı

14:1513 Sentyabr 2021

Reper Paster Şəmmədqızının verilişində: Görünməmiş tərbiyəsizlik

13:2413 Sentyabr 2021