Dünəndən bu günə Azərbaycan futbolu

Memmed_Adilov copyFilologiya elmləri doktoru Məmməd Adilov (1953-2011-ci illər) 8 il Azərbaycan MEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru olub. Bu yazı Azərbaycan futboluna böyük sevgisi olan Məmməd müəllimin 1998-ci ildə sistemləşdirdiyi statistikadır.

1965-ci il

“Bu il “neftçilər” üçün uğursuz keçdi. Son nəticədə komanda 11-ci yeri tutsa da, öz sönük oyunu ilə dəfələrlə tənqid olundu. İkinci dövrənin əvvəlində dalbadal “Çernomores” və MOİK-ə uduzanda “Neftyanik” güclülər dəstəsindən çıxmaq təhlükəsi ilə üzləşmişdi. Bu zaman komandanın baş məşqçisi dəyişdirildi və Moskvadan dəvət edilmiş V. N. Solokov komandanın oyununu yenidən qurmalı oldu. “Neftyanik” tədricən dirçəlməyə başladı.

Bu mövsümdən yadda qalan bakılıların ölkə çempionu “Torpedo” üzərində parlaq qələbəsi (3:0), gənc Anatoli Banişevskinin SSRİ-nin yığma komandasına daxil edilməsi və braziliyalıların qapısından qol keçirən ilk sovet futbolçusu kimi şöhrət tapması, onun 33 ən güclü futbolçu siyahısına düşməsi (N2) oldu. Veteran Y. Kuznetsov böyük futbolu tərk etdi. Orduda xidmətini başa vuran V. Semiqlazov Bakıya qayıtdı və bununla Moskvada onu saxlamaq istəyənləri çox təəccübləndirdi. E. Markarov bombardirliyini davam etdirdi – 10 qol vurmuşdu. Komandamız, demək olar ki, öz heyətinə heç bir yeni dəyişiklik etmədən oynamışdı:

  1. Şeyxov, S. Kramarenko, Z. Hüseynov, V. Semiqlazov, T. Axundov, V. Bruxti, A. Babayev, Y. Babayev, B. Falkovski, N. Boqdanov, A. Trofimov, V. Hacıyev, R. Cəlilov, Ə, Ələsgərov, A. Qryazev, A. Rzayev, E. Markarov, K. Tuayev, A. Banişevski, Y. Melkumov, N. Eynullayev, R. Abdullayev, V. Zabrodin, Y. Kuznetsov.

Baş məşqçi: Ə. Ə. Məmmədov (mövsümün ortalarından V.N. Sokolov)

1965-ci il

“Neftyanik”in texniki nəticələri:

  1. “Torpedo” M. 3:0 1:1
  2. “Dinamo” K. 0:3 2:2
  3. MOİK 1:3 0:2
  4. “Dinamo” Mn 0:1 1:2
  5. “Dinamo” M. 0:0 0:0
  6. “Dinamo” Tb. 0:1 0:0
  7. OİK Rostov 1:0 1:0
  8. “Spartak” M 0:2 2:0
  9. “Zenit” Ld. 1:0 0:1
  10. “Paxtakor” D. 0:1 0:2
  11. “Şaxtyor” D. 3:1 0:0
  12. “Kr. Sovetov” Kb. 1:3 5:0
  13. “Çernomores” Od 2:0 0:4
  14. “Lokomotiv” M. 1:1 0:0
  15. “Torpedo” Kt. 0:1 3:0
  16. OİK Odessa 3:2 1:0

1966-ci il

28-ci SSRİ çempionatı Bakının “Neftyanik” komandası üçün ən uğurlu futbol mövsümü olmuşdu. Həmin il Bakı komandası öz tarixində ilk və son dəfə ölkə birinciliyinin bürünc medallarını aldı. Komanda keçirdiyi 36 görüşün düz yarısını qələbə ilə başa vurmuş, 72 mümkün xaldan 45-ni toplamışdı. Topların nisbəti də komanda üçün rekord nailiyyət idi – 56:28. Vurulan topların sayına görə 3-cü göstərici əldə edilmişdi. “Futbol” həftəliyi özünün bakılılara həsr olunmuş məxsusi 51-ci nömrəsində (o vaxt belə şeylər də olurdu) yazırdı: “Neftyanik” XXVIII çempionatda öz meydançasında məğlubiyyətə uğramayan yeganə komandadır. Bakıda Respublika stadionunda keçirdiyi 18 görüşdən 15-də “Neftyanik” bir top da olsun buraxmamışdı. “Neftyanik” həm də yeni SSRİ çempionu ilə onun Kiyevdə öz stadionundakı oyunda qalıb gəlmiş yeganə komandadır. Orta hesabla hər oyunda vurduğu qolların nisbi hesabına görə, bakılı A. Banişevski ən yaxşı göstəriciyə nail olub. O, 14 oyunda 12 top vurub. Orta hesabla hər oyunda 0,85 qol! 1966-cı ilin daha bir rekordu – ən böyük hesabla qələbə rekordu da bakılılara məxsusdur – “Torpedo” Kutaisi ilə oyunda – 7:0. İkinci böyük nəticənin həmmüəllifliyi də onlara çatır – “Paxtakor”la oyunda 5:0 hesabı ilə qələbə. Yeri gəlmişkən, “Paxtakor” bütün mövsüm ərzində heç bir oyunda ikidən artıq top buraxmamışdı.

“Neftyanik” özundən qabaqki iki mükafatçı ilə oyunların ümumi nəticələrinə görə birinci yeri tutur – kiyevlilər 2:1, OİK Rostovla 7:2. Əgər 1966-cı il çempionatı iştirakçılarının sayı 1936-cı ilin birinci çempionatındakı qədər olsaydı (7 komanda), “Neftyanik” ölkə çempionu olardı. Birinci 7 komandanın öz aralarındakı oyunları nəticələrinə görə, “Neftyanik” 17 xal toplamış və 16 xal toplayan Kiyev “Dinamo”sunu ötüb keçmişdi.

Öz tərəfimizdən qeyd edək ki, “Neftyanik” bu il Tbilisi və Moskva dinamoçularını birinci dəfə uda bilmiş, “Spartak” üzərində birinci dəfə böyük hesabla qələbə qazanmışdı – 3:0. Komanda ilk dəfə, həm də medallarının taleyinin həll olunduğu ən lazımlı vaxtda, Kiyevdə çempion üzərində birinci dəfə qələbə qazanmışdı. Bakılılar 6 dəfə böyük hesabla qalib gəlmiş, “Kayrat”la birlikdə “Məğlubiyyətə qarşı qələbə” mükafatını alaraq, ən iradəli komanda adına layiq görülmüşdür. Tarixdə ilk dəfə olaraq, “Neftyanik”in iki üzvü – Anatoli Banişevski və Eduard Markarov SSRİ yığma komandasının tərkibində İngiltərədə keçirilən VIII Dünya Çempionatının final oyunlarında iştirak etmiş, A. Banişevski bu çempionatın bürünc medallarını alan əsas heyətin tərkibində olmuşdu. Onlarla yanaşı, K. Tuayev,V. Bruxti və S. Kramarenko yığma komandanın tərkibinə çağırılmışdılar. Mövsümün yekunlarına görə, A. Banişevski (N2) və K. Tuayev (N3) 33 ən güclü futbolçu sırasına daxil edilmişdilər. “Neftyanik”in ən güclü bombardiri adını K. Tuayev qazanmış (14 qol), A. Banişevski və E. Markarov hərəyə 12 qol vurmuşdular. Hər üç futbolçu mövsümün ən güclü bombardirləri sırasında özlərinə yer etmişdilər.

Mövsümün ortalarında İngiltərədə dünya çempionatına baxmağa getmiş V. N. Sokolovla komanda arasında narazılıq əmələ gəlmiş, onun yerinə komandanın keçmiş oyunçusu Əhməd Lətif oğlu Ələsgərov baş məşqçi təyin olunmuşdu. Bu məşqçi “Neftyanik”i bürünc medallara çatdırmış və sonrakı fəaliyyəti ilə SSRİ-nin ən yaxşı futbol mütəxəssislərindən biri kimi ad-san qazanmışdı. Təəssüflər olsun ki, Azərbaycan futbolunda Əhməd Ələsğərovun əməyini və bacarığını qiymətləndirən tapılmadığından bu istedadlı milli kadrımız sonralar bütün ölkəni gəzməli olmuşdu.

Həmin il komandanın 13 futbolçusu bürünc medallarla mükafatlandırıldı: Sergey Kramarenko, Nikoly Boqdanov, Vladimir Bruxti, Yaşar Babayev, Anatoli Qryazev, Vyaçeslav Semiqlazov, Aleksandr Trofimov, Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski, Kazbek Tuayev, Mübariz Zeynalov, Adil Babayev ilin sonunda beynəlxalq dərəcəli idman ustası adına layiq görüldülər. Bunlardan başqa, “Neftyanik”in tərkibində V. Şeyxov, A. Syomin, A. Həmzəyev, A. Rzayev, S. Melkumov və Y. Meklumov da çıxış etmişdilər.

Baş məşqçi: V.N.Solokov, mövsümün ortalarından Ə.L.Ələsgərov.

1966-ci il

“Neftyanik”in texniki nəticələri:

  1. “Dinamo” K. 0:0, 2:1
  2. OİK Rostov 4:1,        3:1
  3. “Spartak” M. 1:2,        3:0
  4. MOİK 1:1,        0:0
  5. “Torpedo” M. 2:0,      2:1
  6. “Dinamo” Tb. 0:1,        3:2
  7. “Dinamo” M. 1:0,        0:2
  8. “Paxtakor” D. 2:3,      5:0
  9. “Şaxtyor” D. 2:0,        0:1
  10. “Dinamo” Mn. 0:0,        0:0
  11. “Kayrat” A-a. 0:1,        3:0
  12. “Ararat” Yer. 0:2,        0:0
  13. “Çernomores” Od. 1:0,    0:1
  14. “Torpedo” Kt.         7:0,        1:0
  15. “Zenit” Ld. 1:3,        3:0
  16. “Lokomotiv” M. 2:0,        0:0
  17. “Kr. Sovetov” Kb. 0:0,        3:2
  18. OİK Od 1:1,        3:2
Recommend to friends
  • gplus
  • pinterest

About the Author