Dünəndən bu günə Azərbaycan futbolu

Azərbaycan MEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru olub. Bu yazı Azərbaycan futboluna böyük sevgisi olan Məmməd müəllimin 1998-ci ildə sistemləşdirdiyi statistikadır.

VII yazı

1967-ci il

“Neftyanik” medal ala bilməsə də, bu il özünün ikinci ən yüksək nəticəsini göstərdi. Komandanın hücumları yenə öz kəsəri ilə hamının diqqətini cəlb edirdi – 51 qol vurulmuşdu. MOİK, “Lokomotiv”, “Zenit”, “Kr. Sovetov” üzərində böyük hesablı qələbələr qazanılmışdı. “Sovetski sport” qəzetinin “Novruzgülü” mükafatı və SSRİ kuboku uğrundakı yarışlarda komandanın çıxışı diqqət mərkəzində idi. “Neftyanik” sovet futbolunun liderləri cərgəsində özünə layiqli yer tutmuşdu. Q. D. Kaçalin, S. S. Salnikov, M. İ. Yakuşin kimi futbol mütəxəssisləri “Nefyanik”in oyununa valeh olduqlarını dəfələrlə etiraf etmişdilər. Bununla belə, komandada ulduz böhranı vəziyyəti yaranmasaydı, bakılılar yəqin ki, bu il də medalçılar sırasına çıxacaqdılar. Mövsümdə bir ara elə vəziyyət yaranmışdı ki, komandanın birinci on komanda sırasına qalxacağı sual altında idi. Lakin son 5 oyunda 10 xal toplayan bakılılar son nəticədə fəxri 5-ci yeri tuta bildilər. Təəssüf ki, o vaxtlar sovet komandaları UEFA kuboku uğrunda yarışlarda hələ iştirak etmirdilər. .

  1. Banişevski yiğma komandada İ. Çislenko, E. Streltsov, A. Bışovets kimi ustalarla yanaşı, hücumun liderlərindən birinə çevrilmişdi. O, yığma komandanın heyətində meydançaya çıxmayanda bütün futbol azarkeşləri narahat olur, Banişevskini soruşurdular. Anatoli yığma komandada həmin illərdə qol vurmamış meydançanı tərk etmirdi. K. Tuayev də bu il onunla birgə SSRİ yığma komandası tərkibində çıxış edirdi. Nikolay Smolinkov SSRİ-nin yığma komandası heyətində ikinci il dalbadal gənclər arasında Avropa çempionu adına layiq görüldü. A. Banişevski, K. Tuayev və V. Bruxti ilin sonunda 33 ən güclü futbolçu sırasına daxil edildilər (həmin il yerlər nömrələnmirdi).

“Netyanik”in hücumçusu E. Markarov yenə 14 qolla komandanın bombardiri adını qazandı. A. Banişevski 13, K. Tuayev 7 qol vurmuşdular. Komanda hücumun məhsuldarlığına görə bu il kiyevlilərlə birlikdə 3-4-cü yerləri bölüşdürmüşdü.

“Netyanik”in heyətində G. Cəfərov, Y. Stekolnikov, N. Smolnikov, V. Lyoqki, Ə. Rəhmanov kimi furbolçular öz debütlərini keçirdilər. N. Smolnikov yığma komnada heyətində Türkiyədə keçirilmiş gənclər arasında Avropa çempionatının qızıl mükafatını aldı.

Komandamız aşağıdakı heyətlə çıxış etmişdi:

  1. Kramarenko, G. Cəfərov, V. Bruxti, V. Semiqlazov, N. Boqdanov, Y. Babayev, A. Babayev, A. Syomin, V. Lyoqki, R. Rəhimov, B. Yumakulov, V. Hacıyev, A. Trofimov, R. Abdullayev, A. Mircavadov, Ə. Rəhmanov, M. Zeynlov, K. Tuayev, A. Banişevski, E. Markarov, Y. Stekolnikov, N. Smolinkov, A. Rzayev.

Baş məşqçi: Ə. L. Ələsgərov.

1967-ci il

Texniki nəticələr:

  1. “Dinamo” K. 0:1, 0:2
  2. “Dinamo” M. 0:2, 1:0
  3. “Dinamo” Tb. 1:1, 0:1
  4. “Dinamo” Mn. 1:1, 1:0
  5. “Şaxtyor” D. 1:1, 1:3
  6. “Spartak” M. 1:1, 1:0
  7. “Ararat” Yep 1:0, 1:2
  8. MOİK 4:0,  1:1
  9. OİK Postov 0:1, 1:0
  10. “Kr. Sovetov” Kb. 3:0, 0:1
  11. “Torpedo” M. 1:3, 3:1
  12. “Torpedo” Kt. 3:0, 1:1
  13. “Kayrat” A-a 0:2, 2:0
  14. “Paxtakor” D. 2:2, 3:3
  15. “Zarya” Luqansk 1:1, 1:3
  16. “Lokomotiv” M 5:0, 1:0
  17. “Çernomores” Od. 3:1, 0:0
  18. “Zenit” Ld. 1:0, 3:0

1968-ci il

1968-ci ildə Azərbaycanı təmsil edən “Neftyanik” komandasının adı SSRİ miqyasında “Neftçi” kimi pasportlaşdırıldı və moskvalı futbol mütəxəssisləri və rəsmi nümayəndələr bu milli adı öz tələffüzlərinə uyğunlaşdırmalı oldular.

Bu il tarixdə ilk dəfə olaraq SSRİ Çempionatında Azərbaycan iki komanda ilə təmsil olunmuşdu. Gəncənin (o vaxtkı Kirovabadın) “Dinamo” (hazırkı “Kəpəz”) komandası “Neftçi” ilə yanaşı, güclülər dəstəsində oynamaq hüququ qazanmışdı. Bu olduqca sevindirici hal olsa da, gəncəlilər liqada qala bilmədilər və elə həmin il sonuncu yeri tutaraq geri qayıtmalı oldular. Çox təəssüf ki, bundan sonra Gəncə futbolunun tənəzzülü başladı. “Neftçi” isə bütün il boyu eniş-yoxuşlarla oynadı və son nəticədə böyük çətinliklə 9-cu yeri tuta bildi. 38 xal toplayan komanda son illər birinci dəfə idi ki, mənfi qollar nisbətinə malik idi – 42:48. Tbilisidə, Alma-Atada, Yerevandakı böyük hesabla məğlubiyyətləri heç nə ilə izah etmək olmurdu. İlboyu komandanın rəhbərliyi oyunçuların zədələnməsindən, xəstələnməsindən və başqa səbəblərlə sıradan çıxmasından şikayət edirdilər. Doğrudan da, gah Banişevski, gah Markarov, gah Tuayev, gah Bruxti, gah da Smolnikov oyunları buraxırdılar. Markarov-Banişevski-Tuayev triosu nadir hallarda bir yerə yığışa bilirdi. Komandanın təlim-tərbiyə səviyyəsi aşağı enmişdi: oyunçular meydançada tez-tez kobudluq edir, meydançadan qovulurdular. Hadisələrin sonrakı illərdə inkişafından aydın oldu ki, “Neftçi”nin oyun səviyyəsinin aşağı düşməsinin əsas səbəbi komandada nizam-intizamın pozulması, qruplaşmaların meydana gəlməsi, ulduz azarı ilə bağlı idi. 1971-ci ildə E. Markarov komandanı qoyub “Ararat”a qaçanda onun bu hərəkətinin müzakirəsi üçün oyunçuların yığın­cağı keçirilmiş və etiraf olunmuşdu ki, bütün bunların hamısı məhz 1968-ci ildən başlanıbmış. Məşqçilər isə həmin il ictimaiyyətə yalan məlumat verir, futbolçuların nalayiq hərəkətlərini, bəzilərinin içkiyə qurşanmasını ört-basdır edirdilər….

1968-ci ildən “Neftçi”yə qalan o oldu ki, A. Banişevski, E. Markarov və K. Tuayev yığma komandada hələ də oynayırdılar. S. Kramarenko, V. Bruxti, A. Syomin də ölkənin birinci komandasına dəvət olunmuşdular. Komanda “Novruzgülü” kubokunun finalına və ikinci il dalbadal SSRİ kuboku uğrunda yarışların yarımfinalına çıxa bilmişdi.

Bu il “Neftçi”də bir qrup debutant oynamağa başlamışdı ki, onlardan R. Əlizadənin, V. Şevçenkonun, R. Quliyevin oyunları yaxşı təsir bağışlayırdı. Ümumiyyətlə, komadanın idman şərəfini aşağıdakı futbolçular qorumuşdular:

  1. Kramarenko, V. Kosenkov, Y. Rəşidov, H. Boqdanov, V. Semiqlazov, Y. Babayev, A. Babayev, A. Syomin, V. Bruxti, R. Quliyev, B. Yumakulov, Ə. Rəhmanov, A. Trofimov, V. Lyoqki, V. Hacıyev, M. Zeynalov, A. Mircavadov, C. Bünyadzadə, R. Əlizadə, Y. Stekolnikov, E. Markarov, K. Tuayev, N. Smolnikov, A. Banişevski, V. Şevçenko.

Baş məşqçi: Ə. L. Ələsgərov.

Kirovabadın “Dinamo”komandasında aşağıdakı futbolçular oynamışdılar:

  1. Hüseynov, Z. Süleymanov, R. Batrayev, B. Falkovski, L. Lyubarski, E. Kadoyev, A. Namazov, A. Spikin, H. Nəcəfov, Y. Trembaç, Y. Məhərrəmov, M. Qasımov, V. Stupin, V. Filatov, M. Zeynalov, R. Abdullayev, N. Eynullayev, N. Salahov, R. Muritov, N. Əliyev, A. Həmzəyev, A. Kazmin.

Baş məşqçi: V. A. Çistoxvalov.

1968-ci il

“Neftçi”nin texniki nəticələri:

  1. “Dinamo” K. 0:0, 0:3
  2. “Spartak” M. 2:1, 3:4
  3. “Torpedo” M. 0:1, 1:1
  4. MOİK 0:1, 1:1
  5. “Dinamo” M. 2:1, 0:0
  6. “Dinamo” Mn. 2:2, 2:2
  7. “Dinamo” Tb. 1:0, 0:4
  8. “Çernomores” Od. 4:2, 2:1
  9. “Lokomotiv” M. 0:1, 1:1
  10. “Zenit”Ld. 2:2, 2:1
  11. OİK Postov 0:1, 0:1
  12. “Zarya” Luq. 0:0, 1:1
  13. “Şaxtyor” D. 1:1, 1:0
  14. “Kayrat” A-a 0:3, 2:1
  15. “Ararat” Yer. 2:0, 1:4
  16. “Paxtakor” D. 1:2, 2:1
  17. Kr. Sovetov” Kb. 0:1, 1:1
  18. “Torpedo”KT. 0:0, 2:1
  19. “Dinamo” Kirovabad 1:0, 1:3

1968-ci il

“Dinamo”nun texniki nəticələri:

  1. “Dinamo”. K 0:0, 0:1
  2. “Spartak” M. 0:1, 1:2
  3. “Torpedo” M. 0:3, 1:1
  4. MOİK 1:0, 0:1
  5. “Dinamo” M. 1:1, 1:6
  6. “Dinamo” Mn. 1:2, 0:3
  7. “Dinamo” Tb. 0:2, 2:0
  8. “Çernomores” Od. 0:0, 0:4
  9. “Neftçi” 0:1, 3:1
  10. “Lokomotiv” M. 0:1, 2:0
  11. “Zenit” Ld. 1:2, 2:3
  12. OİK Rostov 1:3, 0:0
  13. “Zarya” Luq. 0:0, 0:1
  14. “Şaxtyor” D. 1:1, 0:3
  15. “Kayrat” A-a 0:1, 2:4
  16. “Ararat” Yer. 1:0, 0:1
  17. “Paxtakor” D. 0:1, 1:4
  18. “Kr. Sovetov” Kb. 1:2, 0:0
  19. “Torpedo”Kt. 1:1, 1:2
RECOMMEND TO FRİENDS
Recommend to friends
  • gplus
  • pinterest

About the Author