Mövlanə muzeyi ziyarətçi rekorduna imza atıb

0
343

Türk və İslam dünyasının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin məqbərəsinin yerləşdiyi Mövlanə muzeyi 2015-ci ildə 2 milyon 581 mindən çox yerli və xarici turisti qəbul etməklə ziyarətçi rekorduna imza atıb.

Anadolu agentliyinin verdiyi məlumata görə, Konyada yerləşən bu muzey Türkiyə daxilində ən çox ziyarətçi qəbul edən müqəddəs məkanlardandır. Ziyarətçi sıxlığının hər il artdığı bu muzeyi 2014-ci ildə 2 milyon 109 mindən çox insan ziyarət etmişdir.

Konya Muzeylər Müdiri Yusif Mənbaşlı bildirib ki, baş nazir Əhməd Davudoğlunun təşəbbüsü ilə 2014-cü ilin dekabrın 7-dən etibarən muzeyə giriş pulsuz olub.