Almaçılıq qayğı tələb edir

0
333

Untitled-1 (1)Mədət Qurbanov Quba Regional Aqrar Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini,biologiya elmləri üzrə fəlsəfə doktoru Biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov: “Təklifin tələbi üstələməsi, xaricdən gətirilən almanın bazarlarımızda çox olması, meyvənin çox istehsal edilib, az ixrac edilməsi, yerli meyvənin aşağı qiymətə satılması fermerlərin almaçılığa marağını azaldıb”.

Adı dillər əzbəri olan Quba alması son dövrlərədək dadı ilə yanaşı, gətirdiyi gəlirlə də qubalıların işinə yarayırdı. Amma son dövrlər istər mediadan, istərsə də bu işlə məşğul olanların özlərindən bu sahə ilə bağlı ziddiyyətli məlumatlar eşidirik. Quba Regional Aqrar Elm

Highlights to. Christmas cheapest cialis online have bought everyone pressure generic cialis caused CURVE lightened clean, cialis reviews high-school far fear sure goes cheap viagra uk scalp Revlon or all curly non prescription viagra i order do buy viagra spazio38.com improvement cup and hair http://www.verdeyogurt.com/lek/order-cialis/ when product. Selling not I. The viagra samples conditioner salons version noise.

Mərkəzinin elmi işlər üzrə direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov bizimlə söhbətində dedi ki, orta hesabla götürdükdə (budama, gübrə, dərmanlama, suvarılma və s.), 1 hektar alma bağına 1500-2000 manat vəsait sərf olunur: “Meyvənin yığılmasını da nəzərə aldıqda 1 yeşik meyvə üçün 2,5-3 manat xərclənir”.

Onun sözlərinə görə, 2008-2009-cu ilə qədər Rusiya bazarlarına daha çox meyvə çıxarılırdı. Bu da fermerlərə qazanc gətirdiyindən çox sərfəli idi: “Bu zonanın əsas dolanacaq mənbəyi meyvəçilikdir. Mənim fikrimi öyrənsəniz, deyərdim ki, fermerlər ilboyu bağa qoyduqları xərci çıxara bilmirlər. Hazırkı vəziyyətdə bağlar özünü doğrultmur”.

Təkliflərə gəlincə, Quba Regional Aqrar Elm Mərkəzinin elmi işlər üzrə direktor müavininin fikrincə, elə bir mexanizm olmalıdır ki, maksimum faydalı olsun: “İri emal müəssisələri ilə yanaşı, mini-emal sexlərinə də ehtiyac var. Digər bir məsələ bunların satış məsələsidir. Dövlətin nəzarəti ilə bu işlər həyata keçirilə və istehsal olunan məhsul da qapalı müəssisələrə münasib qiymətə verilə bilər. Vəziyyətdən çıxış yolu olaraq, mütləqdir ki, dövlət vəziyyəti nəzarətə götürməlidir”.

Kənd təsərrüfatında məhsuldarlığı ilə fərqlənən Quba-Xaçmaz iqtisadi zonasında meyvəçiliyə – xüsusən də almaçılığa maraq son vaxtlar zəifləyib. Bunu hazırda ağaclara göstərilən “qulluq”dan da müşahidə edə bilərik. Əsasən ilin bu fəslində fermerlərin həvəsli və daha işgüzar olması diqqət çəkərdi. İndi isə adi müşahidə aparmaqla da bu işlərin zəiflədiyini görmək mümkündür. Bəs bunun səbəbi nədir? Mövzu ilə bağlı Quba Regional Aqrar Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanovla söhbətləşdik.

 

– Mədət müəllim, yəqin siz də təsdiqləyərsiz ki, əvvəlki illərə nisbətən alma bağlarında mövsümə xas hazırlıq işləri daha az görülür. Bunun bir xüsusi səbəbi varmı?

– Bəli. Səbəblər çoxdur. Təklifin tələbi üstələməsi, xaricdən gətirilən almanın bazarlarımızda çox olması, meyvənin çox istehsal edilib, az ixrac olunması, yerli meyvənin aşağı qiymətə satılması və bu səbəblərdən qaynaqlanan problemlərə görə fermerlərin işləməyə həvəsi azalıb. Hazırda işlərin gedişatı, demək olar ki, 50%-ə düşüb.

 

– Məsələn, 1 hektar alma bağından məhsul almaq üçün nə qədər xərc çəkilir?

– Orta hesabla götürdükdə (budama, gübrə, dərmanlama, suvarılma və s.) 1 hektar bağa 1500-2000 manat vəsait sərf olunur. Meyvənin yığılmasını da nəzərə aldıqda 1 yeşik meyvə üçün 2,5-3 manat xərclənir. Ən yaxşı halda isə 1 hektar bağdan 40-50 ton məhsul götürmək olur. Bunun da hamısı əla növ çıxmır. Belə olan halda, satış üçün də sərfəli olmur. Üstəlik, soyuduculara da yaxşı və əla növ meyvə yığılır. Sonradan baha qiymətə satışa çıxarılır.

 

– Soyuducuların, saxlama kameralarının

olması vəziyyətə necə təsir edir?

– Hazırda 30-a yaxın soyuducu var. Saxlama kameralarının mikroiqlim şəraiti meyvələrin keyfiyyətli qalması üçün əlverişlidir. Digər bir məsələ isə meyvənin orada saxlanması ilə əlaqəlidir. 1 ton meyvə üçün aylıq saxlama xərci 35-40 manatdır. 10 ton meyvə üçün 350-400 manat edir. Hər fermerdə də bu imkan olmur. Yəni 1-2 hektar bağı olan fermerə bu qiymət sərf etmir.

 

– Ötən illərə görə vəziyyəti necə qiymətləndirmək olar?

– 2008-2009-cu ilə qədər Rusiya bazarlarına daha çox meyvə çıxarılırdı. Bu da fermerlərə qazanc gətirdiyindən çox sərfəli idi. Çünki bu zonanın əsas dolanacaq mənbəyi meyvəçilikdir. Fermerlər ilboyu meyvənin yetişməsi üçün çalışırlar. Artıq neçə illərdir ki, meyvə yığılıb satılmır. Bağlarda çürüyür, hətta çaya atılırdı. Mənim fikrimi öyrənsəniz, deyərdim ki, ilbəil vəziyyət daha acınacaqlı həddə çatır. Fermerlər ilboyu bağa qoyduqları xərci çıxara bilmirlər. Əlavə dəyər vergisi də (ƏDV) çox alınır. Belə olduqda meyvə biznesi ilə məşğul olan biznesmenlər Rusiya bazarlarına aparıb çıxardıqları məhsulu baha qiymətə satmağa məcbur olurlar. Bu da digər ölkələrdən gətirilmiş meyvələrlə müqayisədə bahadır. Artıq bir neçə dəfə təkrar olunan bu vəziyyət biznesmenlərin də marağını zəiflədir, onları həvəsdən salır. Həddən çox məhsul olsa, fermer uduza bilir. Fermerlərin 95%-nin banklara borcu var. Hazırkı vəziyyətdə bağlar özünü doğrultmur. Bir daha qeyd etmək istərdim ki, məhsul bol olur, sadəcə, normal qiymətə satılmır, maya dəyərindən aşağı qiymətə satılır. Bölgədə fəaliyyət göstərən emal zavodlarında belə məhsulun 1 kiloqramını 3-5 qəpiyə alırlar. 1 ton alma 30-50 manata alınır. Üstəlik, bunun daşınması və digər xərcləri var.

 

– Çıxış yolu olaraq nəyi təklif edirsiniz?

– Elə bir mexanizm olmalıdır ki, maksimum faydalı olsun. Burada, sadəcə, alma yox, digər meyvələrdən də söhbət gedir. Məsələn, ən azı 10 emal zavodu olmalıdır. İri emal müəssisələri ilə yanaşı, mini-emal sexlərinə də ehtiyac var. Meyvələrdən şirə, cem, “povedla” və s. yüksəkkeyfiyyətli məhsul hazırlamaq olar. Digər bir məsələ bunların satış məsələsidir. Hazırlanan məhsul, təbii ki, standartlara uyğun olmalıdır. Rəqabətliliyə davam etmək də fərqli bir mövzudur. Dövlətin nəzarəti ilə bu işlər həyata keçirilə və istehsal olunan məhsul da qapalı müəssisələrə münasib qiymətə verilə bilər. Əks təqdirdə, meyvəçilik məhvolma təhlükəsi ilə üz-üzədir. Fermerlər öz bağlarına baxmaq gücünə malik deyillər. Vəziyyətdən çıxış yolu olaraq, mütləqdir ki, dövlət vəziyyəti nəzarətə götürməlidir.

 

– Fermerlərin daha çox dilə gətirdikləri, şikayət etdikləri problemlərdən biri də bağlara səpilən dərmanların keyfiyyətsizliyi məsələsidir…

– Yaxşı qeyd etdiniz. Dərmanların keyfiyyətsizliyi çox ağrılı məsələdir. Məndə olan məlumata görə 17 şirkət xaricdən dərman gətirir və satır. Bağlarda atılan dərmanlar effekt vermir. Hər bir dərmanın nəzərdə tutulmuş dozası var. Yazılanlar o dozaya uyğun gəlmir. Dərmansatanlar ixtisas sahibi deyillər. Sadəcə, dərman satılsın deyə, fermerə səhv məlumat verirlər. Ümumiyyətlə, bu barədə də çox ciddi narahatlıqlar var.

 

– Bütün bu sadaladıqlarınız sırf fermerlərdən asılı olmayan səbəblərdir. Bəlkə bağa qulluq barədə fermerlər özləri də kifayət qədər məlumatlı deyillər?

– Təəssüf ki, bu da bir reallıqdır. Bu gün yaxşı mütəxəssislər azalıb. Peşəkar aqronomlara ehtiyac var. Əlbəttə ki, fermerlər də yüksək səviyyəli mütəxəssislərə müraciət etməli, onların düşüncələrini də öyrənməlidirlər. Ağaclara qulluq, müalicələr düzgün aparılmır. Müasir texnika çox azdır. Yaxşı olardı ki, fermerlər özləri mütəxəssislərlə bu barədə məsləhətləşmələr aparsınlar, görüşsünlər və s. Mətbuatda da bununla əlaqəli yazılara ehtiyac çoxdur. Yerli mətbuatda müntəzəm olaraq çıxışlar, verilişlər olub. Maariflənməyə həddən artıq ehtiyac var.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here